Sergey Kramarenko

Sergey Sergeyeviç Kramarenko (27 may 1946, Gəncə, Azərbaycan SSR25 mart 2008, Moskva, Rusiya) — sovet futbolçusu, SSRİ İdman Ustası (1966). Futbolçu karyerasında qapıçı mövqeyində çıxış etmişdir.

Sergey Kramarenko
Ümumi məlumatlar
Tam adı Sergey Sergeyeviç Kramarenko
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 185 sm
Çəkisi 82 kq
Mövqeyi qapıçı
Karyerası
Klub karyerası[* 1]
SSRİ Dinamo Kirovabad
1964—1975 SSRİ Neftçi 262 (-224)
1976 SSRİ Çernomorets Odessa 26 (-33)
1977—1981 SSRİ Neftçi 69 (-89)
1982 SSRİ Xəzər Lənkəran
1983—1984 SSRİ Neftçi 41 (-55)
Məşqçisi olduğu klublar
1986—1987 SSRİ Dinamo Gəncə
1989 SSRİ Xəzər
1990 SSRİ Göyəzən
1993 Azərbaycan Neftçi

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Bioqrafiya

Sergey Kramarenko futbol oynamağa anadan olduğu Gəncə şəhərində başlayıb. Karyerasının çox hissəsini Bakının "Neftçi" klubunda keçirib. 1966-cı ildə "Neftçi" ilə SSRİ çempionatının bürünc mükafatını qazanıb. 1971-ci ildə hakimi vurduğu üçün 3 il futboldan diskvalifikasiya edildi[1], lakin 1973-cü ildə yenidən birinci liqada "Neftçi"də çıxış etməyə başlayıb.

Kramarenko SSRİ çempionatının yüksək liqasında oyun sayı baxımından Azərbaycan futbolunda rekordunu əlində saxlayır — 313 qarşılaşma (ləğv edilmiş bir matç da daxil olmaqla).

Karyerasını bitirəndən sonra məşqçilik etməyə başlayıb. Kramarenko "Göyəzən", "Xəzər Lənkəran", "Neftçi" klublarında çalışıb.

25 mart 2008-ci ildə Moskvada vəfat edib.

2008-ci ilin iyun ayında "Neftçi" klubu Sergey Kramarenko adına mükafat təsis edib. Mükafat Azərbaycan çempionatının ən yaxşı qapıçısına verilir (qapıçı mütəxəssislər və jurnalistlər arasında keçirilmiş sorğu əsasında müəyyənləşir)[2].

Sergey Kramarenkonun oğlu Dimitri Kramarenko da qapıçıdır. Uzun müddət Azərbaycan yığmasının şərəfini qorumuş oğul Kramarenko hazırda "MOİK Moskva" klubunda qapıçılar üzrə məşqçidir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.