Sergey Brin

Sergey Mixayloviç Brin (rus. Сергей Михайлович Брин; 21 avqust 1973[1][2][…], Moskva, SSRİ) — amerikalı iş adamı. Larri Peyc ilə birlikdə Google-u yaratması ilə məşhurdur. Brin 2019-cu il dekabrın 3-də vəzifəsini tərk edənə qədər Google-un ana şirkəti Alphabet-in prezidenti olub.[4] O və Peyc Alphabet-də həmtəsisçi, nəzarətçi səhmdar və idarə heyətinin üzvü olaraq qalırlar. 2023-cü ilin noyabrına olan məlumata görə, Brin Bloomberg Milyarderlər İndeksində 111 milyard dollar təxmin edilən xalis sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır.[5]

Sergey Brin
rus. Серге́й Миха́йлович Брин
Doğum tarixi 21 avqust 1973(1973-08-21)[1][2][…] (50 yaş)
Doğum yeri
Uşaqları 3[3]
Təhsili
Fəaliyyəti informatik, ixtiraçı, icraçı direktor[d]
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brin altı yaşında SSRİ-dən ABŞ-ə köçüb. O, riyaziyyatla yanaşı, kompüter elmləri də oxuyaraq atasının və babasının yolunu davam etdirib, Merilend Universitetində bakalavr dərəcəsini qazanıb. Bitirdikdən sonra kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Stenford Universitetinə daxil olub. Burada birlikdə veb axtarış sistemi qurduğu Peyc ilə tanış olub. Proqram Stenfordda populyarlaşdı və onlar Susan Voycickinin Menlo-Parkda yerləşən qarajında Google-u yaratmaq üçün doktorantura təhsillərini dayandırdılar.[6]

Erkən həyatı və təhsili

Sergey Mixayloviç Brin 21 avqust 1973-cü ildə Moskvada,[7] rus-yəhudi[8] ailədə anadan olub. Valideynlərinin hər ikisi Moskva Dövlət Universitetinin məzunu olub.[9] Atası Merilend Universitetində təqaüdçü riyaziyyat professoru, anası isə NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində tədqiqatçıdır.[10][11]

Brin ailəsi Moskvanın mərkəzində, Sergeyin ata nənəsi ilə birlikdə üç otaqlı mənzildə yaşayırdı.[10] 1977-ci ildə atası Polşanın paytaxtı Varşavada keçirilən riyaziyyat konfransından qayıtdıqdan sonra Mixail Brin ailənin mühacirətə getmə vaxtının yetişdiyini bildirdi.[10] Onlar 1978-ci ilin sentyabrında rəsmi olaraq çıxış vizası üçün müraciət etmiş və nəticədə atası "təcili olaraq işdən çıxarılmışdır". Müvafiq səbəblərdən anası da işini tərk etməli oldu. Sonrakı səkkiz ay ərzində heç bir sabit gəliri olmayan, əksər otkazniklərdə olduğu kimi xahişlərinin rədd ediləcəyindən qorxaraq, gözlədikləri müddətdə müvəqqəti işlərdə işləmək məcburiyyətində qaldılar. 1979-cu ilin mayında onlara rəsmi çıxış vizası verildi və ölkəni tərk etməyə icazə verildi.[10]

Brin ailəsi Vyana və Parisdə yaşayıb. Mixail Brin (atası) Anatole Katokun köməyi ilə Merilend Universitetində müəllim işləməyə başladı. Bu müddət ərzində Brin ailəsi HAIS-dən dəstək və yardım aldı. Onlar 1979-cu il oktyabrın 25-də ABŞ-ə köçdülər.[10][12]

Brin Merilend ştatının Adelfi şəhərindəki Paint Branch Montessori Məktəbində ibtidai təhsil alıb, lakin əlavə təhsili evdə alıb. Merilend Universitetinin riyaziyyat kafedrasının professoru olan atası onu riyaziyyatı öyrənməyə təşviq etdi və ailəsi ona rus dili biliyini qorumaqda kömək etdi. Merilend ştatında Eleanor Ruzvelt Liseyində oxuyub. 1990-cı ilin sentyabrında Brin Merilend Universitetinə daxil oldu və 1993-cü ildə 19 yaşındə kompüter elmləri və riyaziyyat üzrə fərqlənmə diplomu və bakalavr dərəcəsi qazandı.[13] 1993-cü ildə Mathematica-nın tərtibatçıları olan Wolfram Research-də təcrübə keçib.[13]

Brin Stenford Universitetində kompüter elmləri üzrə magistratura təhsilinə 1995-ci ildə Milli Elm Fondunda kompüter elmləri üzrə magistr dərəcəsi almaqla başladı.[14] 2008-ci ildən etibarən o, Stanforddakı doktorantura təhsilindən icazəli idi.[15]

İstinadlar

  1. Sergei Michailowitsch Brin // Brockhauz Ensiklopediyası (alm.).
  2. Sergey Brin // GeneaStar.
  3. Google's Sergey Brin has been married to the founder of a legal tech startup since 2018. 2019.
  4. "Google founders Larry Page and Sergey Brin stepping down as CEO and president". ABC News (ingilis). December 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2020.
  5. "Bloomberg Billionaires Index: Sergey Brin". Bloomberg.com. May 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2023.
  6. "Larry Page and Sergey Brin paid $1,700 a month to rent the garage where Google was born". Business Insider. October 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2018.
  7. Jimison, Robert. "Nine immigrants who helped make America great". CNN. July 31, 2019. August 18, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  8. "Sergey Brin". March 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2020.
  9. Rolnik, Guy. "'I've Been Very Lucky in My Life'". Haaretz. May 22, 2008. November 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2020.
  10. Malseed, Mark. "The Story of Sergey Brin". Moment Magazine. February 2007. January 21, 2013 tarixində arxivləşdirilib.
  11. Smale, Will (April 30, 2004). Profile: The Google founders Arxivləşdirilib dekabr 10, 2017, at the Wayback Machine, BBC News. Retrieved January 7, 2010.
  12. Strom, Stephanie. "Billionaire Aids Charity That Aided Him". The New York Times. October 24, 2009. October 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2018.
  13. Brin, Sergey. "Resume". January 7, 1997. March 22, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2008.
  14. Henderson, Harry. Encyclopedia of Computer Science and Technology (Revised). Facts On File. 2009. səh. 57. ISBN 978-0-8160-6382-6.
  15. "Sergey Brin: Executive Profile & Biography". Business Week. March 8, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 9, 2008. He is currently on leave from the PhD program in computer science at Stanford university...

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.