Sergey Brızqalin

Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Moskva11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.

Sergey Brızqalin
rus. Сергей Николаевич Брызгалин
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi
bayraq2
16 iyul 1970 29 iyul 1975
ƏvvəlkiHacıməmməd Abdullayev
Sonrakıİnqilab Şəmiyev[lower-alpha 1]
Şəxsi məlumatlar
Doğum tarixi 1917
Doğum yeri
Vəfat tarixi 11 aprel 1977(1977-04-11)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Voronej Dövlət Universiteti[d]
Hərbi xidmət
Döyüşlər

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur.[1] Orta ixtisas təhsilli olmuşdur.[2] 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir.[1]

1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur.[2] 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir.[3]

Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[1]

Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[3][4]

Sergey Brızqalin 1977-ci il aprelin 11-də vəfat etmişdir. Moskvadakı Vaqankovo qəbiristanlığında dəfn olunmuşdur.[1]

Təltif və mükafatları

Qeydlər

  1. Azərbaycan SSR Nazirlər Soveti Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin sədri kimi

İstinadlar

  1. Брызгалин Сергей Николаевич // Герои страны. 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2022.
  2. Брызгалин Серҝеј Николајевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 71.
  3. Брызгалин Серҝеј Николајевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 63.
  4. Брызгалин Серҝеј Николајевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 73.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.