Sergey Boyarski

Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri.[2]

Sergey Boyarski
rus. Сергей Михайлович Боярский
Doğum tarixi 24 yanvar 1980(1980-01-24) (44 yaş)
Doğum yeri
Uşağı 2
Atası Mixail Boyarski
Anası Larisa Luppian
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Fəaliyyəti müğənni, siyasətçi, menecer, aktyor, musiqiçi, prodüser, gitaraçı, pianoçu, sahibkar
Partiyası
sergeyboyarskiy.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır.[3][4]"Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.[5][6]

Musiqi fəaliyyəti

1980-ci illərin ortalarında Viktor Reznikov və Mixail Boyarski, oğulları - Andrey Reznikov və Sergey Boyarskinin də daxil olduğu musiqi kvarteti yaratdılar. 1986-cı ildə kvartet "Dinosaurs" mahnısı ilə məşhurlaşdı, S.Boyarski ilk dəfə səhnəyə çıxdı. 1996-cı ildə o öz musiqi qrupunu yaratdı. Əvvəlcə qrup "Stinger" adlandırıldı. 2001-ci ildə qrupun tərkibi dəyişdi eyni zamanda o vaxtdan bəri qrupun adı "BIBA" adlanmağa başladı. 2002-ci ilin sonunda Moskvada albom yazdı. "Mosfilm" studiyasında "Cəsarətli olun" mahnısına klip çəkdirdi, klip MTV kanalında nümayiş olundu.[7]

İctimai və siyasi fəaliyyəti

Sergey Boyarski 2011-ci il seçkilərində Sankt-Peterburq Qanunverici Məclisinə deputatlığa namizəd idi.

2012-ci ildə Sankt-Peterburqun qubernatoru Georgi Poltavchenkonun ictimaiyyətlə əlaqələr üzrə müşaviri olaraq iştirak etmişdir.[8] Elə həmin il Sergey Boyarski könüllü olaraq qubernatorun məsləhətçisi vəzifəsi ilə yanaşı, Şəhər Televiziya və Radio Yayımları Agentliyi ASC olan Sankt-Peterburq TV kanalının baş direktoru təyin edildi.[9]

Telekanalın baş direktoru vəzifəsində işin prioritetlərindən olan Sergey Boyarski bütün Rusiyada 21-ci düymənin regional telekanallara təhkim olunduğunu görürdü. O, bu barədə dövlət başçısı Vladimir Putinə birbaşa xətt üzrə məlumat verib.[10] Müvafiq qanun layihəsi 2016-cı ilin sonunda Dövlət Duması tərəfindən qəbul edilib.

2016-cı ilin mart ayında Sergey Boyarski Vahid Rusiya tərəfdarları Mərkəzi Şurasının həmsədri seçildi. Martın 21-də partiya rəyasət heyəti onun namizədliyini dəstəklədi.[11]

2017-ci ildə "Vahid Rusiya" Partiyası Baş Şurasının rəyasət heyətinin tərkibinə partiya tərəfdarları ilə qarşılıqlı fəaliyyətin kuratoru kimi daxil edilib. 2018-ci ilin yayında vətəndaş təşəbbüslərinə dəstək Mərkəzi, qeyri-kommersiya təşkilatları ilə işləməyi nəzərdə tutan EP tərəfdarlarının yeni layihəsi yaratmışdır.[12]

2016-cı ilin sentyabr ayından "Vahid Rusiya" fraksiyasının üzvü, Dövlət Dumasının deputatıdır. İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, Sankt-Peterburqun Komitə üzrə yeganə nümayəndəsidir[13]

Ədəbiyyat və incəsənət əsərlərinin vandalizmdən qorunması, yetkinlik yaşına çatmayanların cinsi zorakılıqdan qorunması və intihar aktlarına təhrik edilməsi ilə bağlı qanun layihələrinin həmmüəllifidir.

2017-ci ildə Dumaya sosial media saytlarında qeyri-qanuni məlumatların və bilərəkdən yalan sosial əhəmiyyətli məlumatların yayılmasının qarşısının alınması məqsədi ilə sosial şəbəkələrin özünü tənzimlənməsi haqqında qanun təqdim etdi.

Qanunvericilik fəaliyyəti

2016-cı ildən 2019-cu ilədək VII çağırış Dövlət Dumasının deputatı səlahiyyət müddətində 21 qanunverici təşəbbüs və federal qanun layihələrinə düzəlişlərin müəllifidir.[14]

İdman

Məşqçi Rifhat Şamsutdinov ilə boksla məşğul olur, dağ xizəkçiliyi hobbiləri arasındadır.

İstinadlar

  1. Кто есть Кто в телекоммуникациях и телерадивещании. 2013/2014 (rus.). СПб, Москва: 2013. вып. 12. С. 848. ISSN 2073-5677
  2. "Боярский Сергей Михайлович". 27 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  3. "Первая любовь Ксении Собчак: один поцелуй с сыном Михаила Боярского". Archived from the original on 2 August 2019. İstifadə tarixi: 2019-09-15.
  4. "Сын Боярского отверг любовь Ксении Собчак". 2019-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  5. "Боярский-младший: «Очень здорово, что Путина выдвинул Медведев» (видео)". 13 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  6. "Михаилу Боярскому поставили «Матт»". 2019-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  7. "Боярский Сергей - Biba". 2019-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
  8. "Боярский стал советником губернатора". 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
  9. "Сын Михаила Боярского возглавил телеканал "Санкт-Петербург"". 10 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  10. "Сергей Боярский предложил закрепить «кнопку» за региональным телевидением". 29 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  11. Новые лица регионов и Государственной Думы
  12. "В «ЕР» будет реализован проект «Центр поддержки гражданских инициатив»". 20 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  13. "Состав комитета". 6 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  14. "Объекты законотворчества :: Система обеспечения законодательной деятельности". 2019-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.