Sergey Bezuqlı
Sergey Bezuqlı (7 oktyabr 1984) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı, Avropa Çempionatının qalibi.[2]
Sergey Bezuqlı | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Sergey Aleksandroviç Bezuqlı |
Vətəndaşlığı | |
Doğum tarixi | 7 oktyabr 1984 (39 yaş) |
Boyu | 176 sm[1] |
İdman növü | Kanoe sprint |
Karyerası
Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2006-cı ilin avqustunda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 46.768 saniyə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu.[2]
Daha sonra Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2008-ci ilin mayında İtaliyanın Milan şəhərində baş tutan Avropa Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 40.192 saniyə nəyicə göstərdi və turniri gümüş medalla başa vurdu.[2] Həmin ilin avqustunda Sergey Bezuqlı və Maksim Prokopenko dueti Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[3] C-2 500 metr turnirinin final mərhələsində 1 dəqiqə 44.156 saniyə nəticə göstərən Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiadanı 8-ci pillədə başa vurdu.[3]
Olimpiadadan sonra Azərbaycan Kanoe Federasiyası bir sıra idmançıları, o cümlədən Sergey Bezuqlı və Maksim Prokopenko duetini Azərbaycan yığmasının heyətinə cəlb elədi.[2]
Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2009-cu ilin iyununda Almaniyanın Brandenburq şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində bürünc medalın sahibi oldu.[2] Həmin ilin avqustunda Kanadanın Dartmut şəhərində baş tutan Dünya Çempionatında isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirini bürünc, C-2 1000 metr turnirini isə gümüş medalla başa vurdu.[2]
2010-cu il də Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün uğurlu oldu. İyunda İspaniyanın Trasone şəhərində baş tutan Avropa Çempionatında Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirində 1 dəqiqə 38.825 saniyə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.[2] C-2 1000 metr turnirində isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3 dəqiqə 34.115 nəticə göstərdi və Avropa Çempionatının qalibi oldu.[2] Duetin növbəti turniri avqustda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatı oldu.[2] Sergey Bezuqlı və Maksim Prokopenko dueti bu səfər C-2 500 metr turnirində 1 dəqiqə 40.277 saniyə nəticə göstərdi və Dünya Çempionatının gümüş medalına sahib oldu.[2]
Sergey Bezuqlı və Maksim Prokopenko duetinin 2011-ci ilin iyununda Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində gümüş medalın sahibi oldu.[2] Avqustda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatı isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün tarixi uğurla nəticələndi. Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr və C-2 1000 metr turnirində gümüş medalın sahibi oldu.[2] C-1 4x200 metr turnirində isə Andrey Kraytor, Maksim Prokopenko, Sergey Bezuqlı və Valentin Demyanenkodan ibarət olan qrup Dünya Çempionatını gümüş medalla başa vurdu.[2]
Sergey Bezuqlı və Maksim Prokopenko dueti Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiada da avqustun 7-də mübarizə apardı.[4] Təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:38.042 dəqiqə nəticə göstərdi.[4] Qrupu altı duet sırasında birinci pillədə başa vuran duet yarım-final mərhələsində mübarizə aparmadan birbaşa final mərhələsinə vəsiqə qazandı.[4] Final mərhələsi avqustun 28-də baş tutdu.[4] 8 duetin mübarizə apardığı final mərhələsi gərgin idman mübarizəsi şəraitində baş tutdu.[4] Nəticədə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:36.218 dəqiqə nəticə göstərdi.[4] Bu nəticələ əsasən duet üçüncü pillənin sahibi olan Rusiya nümayəndələrindən cəmi 1.195 saniyə geri qalaraq medalın bir addımlığı turniri başa vurdular.[4]
London Olimpiadasından sonra Maksim Prokopenko idmanla vidalaşsa da, Sergey Bezuqlı beynəlxalq turnirlərdə çıxış eləməyə davam elədi. Bir müddət gənc A. Kupninlə duet olub, beynəlxalq turnirlərdə mübarizə aparan Sergey Bezuqlı 2015-ci ildə idmanla vidalaşdı.
İstinadlar
- Olympedia (ing.). 2006.
- Olympedia.org. "Sergey BEZUQLI". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2008 Summer Olympics / Canoe Sprint / Canadian Doubles / 500 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2012 Summer Olympics / Canoe Sprint / Canadian Doubles / 1000 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.