Serengeti

SerengetiKeniyanın bir hissəsi və Tanzaniya ərazisini əhatə edən düzənliklərdən ibarətdir. Düzənlik ekvatordan bir qədər cənubda 900-1800 m yüksəkliklərdə yerləşir. Bu ərazinin demək olar ki, yarısı 2 iri qoruq: sahəsi 1800 km² olan Masai-Mara Milli Qoruğu və sahəsi 14500 km² olan Serengeti Milli Parkı tərəfindən mühafizə olunur. Masai-Mara Keniyanın ən məşhur qoruğudur. Onun ərazisi aksiyaların geniş yayıldığı savannalardan və bu savannalarda otlayan saysız-hesabsız heyvanlardan ibarət düzənliklərdir. Burada qnu-antilopları, ceyranlar, zürafələr, şirlər, kaftarlar, hippopotamlar, timsahlar vardır.

Serengeti
Ümumi məlumatlar
Sahəsi
  • 30.000 km²
Yerləşməsi
2°19′51″ c. e. 34°50′00″ ş. u.
Ölkə
Serengeti xəritədə
Serengeti
Serengeti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serengeti – Tanzaniyanın ən böyük və ən qədim qoruğudur. Parka aparan əsas yol cənub-şərqdən, Nqoronqoro krateri və Olduvay dərəsindən keçir. Safari özündə heyvanları müşahidə etmək və fotoşəkillərini çəkmək məqsədilə 2 dayanacağı birləşdirir; vəhşi heyvanların çoxluğunu nəzərə alaraq, piyada gəzintilər bu ərazidə qadağandır. Şirlər, gepard, çaqqal və s. geniş yayılmışdır. Heyvanları müşahidə etmək üçün üstü açılan və heyvanlara daha yaxın getmək üçün onların gözlərini qamaşdıran maşınlardan istifadə olunur. Parkda turistlərə gecə safarisi də təklif olunur.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.