Senzor
Senzor (lat. censor, censere — "qiymətləndirmə", "nəzarət") — Qədim Romada e.ə. 443-cü ildə, əvvəl 5 il, sonralar 18 aya qədər, sonralar isə ömürlük müddətə təsis edilmiş vəzifə. Senzorlar keçmiş konsullardan seçilirdilər və heç kim vəzifəni ikinci dəfə tuta bilməzdi.
|
![]() Senat və Roma xalqı |
Dövrlər |
Roma çarlığı |
Roma Respublikası |
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) |
Respublika konstitusiyası |
Magistratlar |
Fövqəladə magistratlar |
Titullar |
Sülalələr |
Əhali, inzibati və sosial tərkib |
Qədim Romada hüquq |
![]() |
Vəzifələr
- inventarlaşdırma, siyahıyaalma;
- ədəb-ərkana, davranışa nəzarət (lat. censura morum) və cəzalandırmaq: senatdan kənarlaşdırma (lat. senatu movere), rütbənin kiçildilməsi (lat. tribu movere) və ya alınması (lat. tribubus omnibus movere), bu zaman günahkar erari (lat. aerarius) adlandırılırdı. Senzor dəbdəbəyə qarşı edikt çıxartmağa səlahiyyətlidir;
- maliyyə nəzarəti: ictimai torpaqların satışa çıxarılmasından gələn gəlirlərə, dövlət gəlilərinə, gömrük vergilərinə, mədən gəlirlərinə, hərbi xərclərə və təchizata və s.;
- ictimayi mülklərin, bina və müəssisələrin tikilməsinə və təmirinə (lat. opera publica) nəzarət.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.