Sentimentalizm

Sentimentalizm (fr. sentimentalismefr. sentiment - hiss, duyğu)[1]əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan təlimlərin ümumi adı. Fəlsəfəədəbiyyatda daha geniş rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq qəbul edilir. Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode tərəfindən 1868-də istifadə edilib. Duyğunu əsas alan bir ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü sayan sənət anlayışını ifadə edir. İçə bağlanma, dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, gedərək xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda axtarır.

Tarixi

Sentiment - hissiyyat sözü ilk dəfə Lourens Stern "Sentimental səyahət" romanından götürülmüşdür. Dünya ədəbiyyatında sentimentalizimin ilk nümunəsini yaradan Samuel Riçardson olmuşdur. Ümümən bu cərəyanın ilk yaradıçıları - Ceyms Tomson, Eduard Yunq, Oliver QoldsimitTomas Qrey olmuşdur. Cəryanı yaradanlar BerklininYumun görüşlərini, subyektiv idealizmi əsas götürmüşlər.

Sentimentalizm XVIII əsrin 50- 60-cı illərində, feodalizmə qarşı mübarizə gücləndiyi illərdə, İngiltərədə yaranmışdır. XVIII əsrdə Avropa ölkələrini istisadi- siyasi və mədəni tərəqqinin ümumi əlamətləri birləşdirirdi. Çünki bu əsrdə İngitərədə burja inqlabı qələbə çalmış, Fransa, Almaniya, İtaliyaİspaniyada yeni sosial- iqtisadi əlaqələr yaranmışdır. İlk sentimental əsər Riçardsonun "Ser Çarlz Qrandisonun əhvalatı" romanı hesab olunur. Cərayanın görkəmli nümayəndəsi Oliver Qoldsmit belə Riçardsonun yaradıçılığından təsirlənmişdır.[2]

Ümumi xarakteriskası

Sentimental ədəbiyyatda allah, mənəviyyat, ailə səadəti, sevginin bəşəriliyi, təbiətin və kəndin təbiiliyi haqqında bədii-fəlsəfi düşüncələr geniş miqyas almışdır. İnsanın hiss və duyğularının təsviri təbiətin təsvirindən belə güclü yönə düşmüşdü. Sentimentalizmin ideya-estetik prinsipləri, fikri-bədii əsaslı klassisizmdən fərqlənmişdir. Klassisizmin ağıl kultunu sentimentalizmin hiss kultu əvəz etmişdir.

XVIII əsr Avropa ədəbiyyatında irihəcmli epik və dramatik əsərlərdən çox istifadə olunmuşdur. Məzmun müasir həyatdan, yaşayışın, məişətin və fərdi münasibətlərin müxtəlif sahələrindən alınmışdır. Əsərlərdə mürəkkəb konfliktlər qurulmamış, janrlara, formaya və faktlara sərbəst yanaşılmışdır. Tez- tez sentimental ruhlu məktublardan və sərgüzəştlərdən, öz- özü ilə söhbətlərdən, didaktik mükalimə və təsvirlərdən istifadə olunmuşdur.

Sentimentalistlər ədəbiyyata yeni məfkurəvi istiqamət, forma yeniliyi və müxtəlifliyi, ailə- məişət romanları, insanların fəryadını, münasibətlərini sadəlik və səmimiliyini ifadə edən komediyalar, şəxsi intim münasibətlər və elegiyalar gətirmişlər. " Mən" yüksək qiymətləndirilmiş, bədii axtarışlara, fantaziyaya, həyatı dərk və ifadə etməyin bir üsulunun digərinə qarışmasına, təbiət mənzərələrinin, kəndin özünəməxsusluğunun təsvirinə geniş yer verilir.

Təbiət və ölüm - sentimentalizmin əsas mövzusu olmuşdur. Daha çox ingilis ədəbiyyatında ölüm pafosu həmişə təbiəti təsvirlə vəhdətlənmiş, inkişaf, şəhər ziddiyətləri sənətkarları ümüdsüzləşdirmişdir. Sentimental ədəbiyyatda təbiət - əbədi və əzəli gözəllik inkişafa qarşı qoyulmuş, insanın dünyadan- kədər və fəryad dolu bir aləmdən ayrılmasında səadət axtarılmışdır.[3]

Dünya ədəbiyyatında sentimentalizm

İngilis ədəbiyyatında sentimentalizm

Tomas Qrey

Dünya ədəbiyyatında sentimentalzmin ilk nümunəsini yaradan bir sənətkarın - Riçardonun " Ser Çarlz Qrandisonun əhvalatı", " Klarissa, və " Pamela" romanlarında hisslər, lirik-sentimental düşüncələr, psixoloji gərginlik və sarsıntılar əhvalatların, dolaşıq sevgi xətlərinin özündən yaranır. Xeyrxah bir adam- Qrandison daxilən hərəkət edir, özü öz düşüncələrindən ayrılmır. Onu sevən qızların hansına könül verəcəyini, hisslərini hansı istiqamətə yönəldəcəyini müəyyənləşdirə bilmir. "Pamela, yaxud qiymətləndirilmiş ləyaqət" əsərində Riçardson fasiləsiz alçaldılanların iztirablarını, dözüm və əxlaqi-mənəvi təmizliklərini əyanlara qarşı qoymuşdur.

Ceyms Tomsonun " İlin fəsilləri" poemasında kədər təbiətə, təbiət də kədərə hopmuş, hər fəslin obrazı yaranmışdır. Eduard Yunq pafosu hüznlə aşılanan şeirlər- "qəbiristanlıq şeirləri" yazmışdır. Onun lirik qəhrəmanı zülmətlə, qəbiristanlıqla, axirətlə qarşılaşır. Tomas Qreyin əsərlərindən birini " Kənd qəbiristanlığında yazılmış elegiyalar" adlandırmışdır. " Elegiyalar" insan, zaman, ədəbiyyat və ruh, ölüm və təbiət haqqında vahiməli bir aləmdə - qəbiristanlıqda düşüncələrdi.

Oliver Qoldsimit " Arı" jurnalında emosional, dövrün hakim sinfinin- burjuaziyasının zövqünə və marağına uyğun əsərlər çap etdirmişdir. "Səyyah", " Dağılan kənd" komediyalarının, " Vekfild" romanının, "Xeyirxah insan" və " O, qalib gəlmək üçün sakitləşir" poemalarının məzmununu kənd həyatından almış, feodal hərc- mərcliyini tənqid etmiş, kral üsuli- idarəsini və mütləqiyyəti bəyənmişdir.[4]

Fransız ədəbiyyatında sentimentalizm

Fransada ədəbiyyatında sentimentalizmi klassik formada özünü bildirib. Jan Jak Russo " Yeni Eloiza" və "Emil" romanlarında didaktik söhbətlərdən, ricət, haşiyə, mühakimə və əhatəli təbiət təsvirlərindən istifadə etmişdir. Çünki onun niyyəti insanların hissiyatına təsir göstərmək, dünyabaxışı və mənəviyyatı formalaşdırmaq, burjua əxlaq normalarını tənqid etmək idi. 1790-cı illərdə, Böyük Fransa inqilabı mərhələsində sentimentalizm tədricən öz mövqeyini itirir və yerini daha inqılabı ruhlu klassisizmə verirı.

Rus ədəbiyyatında sentimentalizm

Rus ədəbiyyatına sentimentalizm Avropa ədəbiyyatından gəlmişdir. Rus sentimentalizminin əsasında cəmiyyətin müxtəlif zümrələrinin, eləcə də dvoryanlığın təəssüfü, kədər və heyrəti dayanmışdır. Rusiyada sentimentalizmin ilk nümunəsi Aleksandr Radişevin "Bir həftənin gündəliyi" psixoloji- didaktiv miniatürü olmuşdur. "Bir həftənin gündəliyi", "Tobolskidə yaşayan dostuma məktub", "Müqəddəs Uşakovun həyatı" və " Peterburqdan Moskvaya səyahət" əsərlərini yazanda Radişev ingilis və fransız sentimentalizmi ilə tanış olmuş, Lorens Sterninin " Sentimental səyahət" və publisist abbat Peynalın " İki Hindistanın tarixi" romanlarından təsirlənmişdir. İlk üç əsərdə obrazların daxili hissi, fikri-psixoloji hərəkətlərini əsas almış, insan "öz hissiyyatının quludur"- düşüncəsini əsaslandırmağa çalışmışdır. Ancaq ümumən Rus ədəbiyyatının yeni ideyalar aləminə daxil olması dövrü- sentimentalizm tarixi Nikolay Karamzindən başlayır. Onun " Bədbəxt Liza", " Boyar qızı Natalya" və " Rus səyyahının məktubları" əsərləri ilə başlamışdır. Karamzin Rusiyada ilk dəfə olaraq ölü kitab dilini cəmiyyətin canlı dili ilə əvəz etmiş və insan ehtiraslarını, qəlb həyatını təsvirə aparmışdır.[5]

Azərbaycan ədəbiyyatında sentimentalizm

Azərbaycanda da sentimentalizm formalaşa, dövrün ədəbi prosesini əhatə edə bilməmişdir. Ancaq Şərq ədəbiyyatında şəxsi həyatın, intim hisslərin, həyəcan, sərgüzəşt, təəssürat, mənəviyyat, inilti və sızıltının təsviri sentimentalzmdən çox-cox əvvəl olmuşdur. " Xəmsə" müəllifləri sadəəmək adamlarının obrazını yaratmış, lirik- psixoloji səhnələrdə ah və fəğanı mütərəqqi ziyalıların kədəri kimi ümumiləşdirimişlər. Məhəmməd Füzulinin qəzəllərində məşuqənin gözəllik və nəcibliyindən daha çox aşiqin nisgilli etirafları, həsrət, kədər və göz yaşı qələmə alınmışdır. "Leyli və Məcnun" da faciə Leyninin həyatını və mənəviyyatını bürüyür. Dövran onu məzara salır, bilmir kim satır, kim alır. Yanan şamla özünün daxili aləmi arasında bir yaxınlıq tapır.

Abbasqulu ağa Bakıxanovun "Kitabi- Əskəriyyə"sində - iki gəncin sərgüzəştində, İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım"ında, Abdulla bəy Divanbəyoğlu "Can yanğısında", Cəfər Cabbarlının ilk hekayə və pyeslərində sentimental təsvirlər dərinləşmiş, hisslər yeni mövqelərindən qiymətləndirilmişdir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Толковый словарь Ушакова". 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-25.
  2. Abbas Hacıyev.Ədəbiyyat nəzəriyyəsi. Bakı.1996.s.338-342
  3. "Сентиментализм в литературе". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-26.
  4. "Сентиментализм в Англии". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-26.
  5. Belinski V.Q. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı.1954.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.