Sensualizm

Sensualizm (fr. sensualisme, lat. sensus - hiss) — idrak nəzəriyyəsində istiqamət.

Empirik biliklər hisslərhissiyyat vasitəsi ilə ümumiləşdirilir və sistemə salınır. İdraka belə yanaşma fəlsəfədə sensualizm adlanır. Antik dövrdə yaranan bu istiqamət fəlsəfədə XVII-XVIII əsrlərdə daha geniş yayılmağa başladı.

Sensualizm bütün növ biliklərin hiss üzvləri vasitəsilə əldə edilməsi konsepsiyasıdır. Bu konsepsiyaya görə, duyğular, qavrayış və hafizə tək-tək cisim və hadisələr haqqında biliklərin əsasini təşkil edir. İlkin biliklərin fikri əməliyyatın köməyi ilə ümumiləşdirilməsi anlayışların, biliklərin formalaşdırılmasına gətirir.

Əsas nümayəndələri

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.