Seneqambiya daş çevrələri
Seneqambiya daş çevrələri — Qambiyanın şimalından və mərkəzi Seneqala qədər uzanır. Ərazinin təxmini sahəsi 30.000 km²-dir[1] və bəzən Vassu (Qambiya) və Sayn-Salum (Seneqal) hissələrinə bölünsə də, bu sadəcə bir milli bölgüdür. UNESCO-ya görə Seneqambiya daş çevrələri "dünyanın hər yerində görülən daş çevrələrin ən böyük konsentrasiyası"dır.[2][3] "Bu ərazilər, Qambiyadakı Vassu və Kembatç, və Seneqaldakı Vanar və Sayn-Nqayen Qambiya çayı boyunca eni 100 km və uzunluğu 350 km olan ərazidə yayılmış 1000-dən çox daş çevrə və əlaqəli məzarların fövqəladə bir konsentrasiyasını təmsil edir."[3]
Seneqambiya daş çevrələri | |
Stone Circles of Senegambia [* 1] | |
Ölkə | Seneqal və Qambiya |
---|---|
Tip | Mədəni |
Kriteriya | (i), (iii) |
Keçid | 1226 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2006 (30-cu sessiya) |
|
|
Tarix
Seneqal və Qambiyada tapılan daş çevrələr və digər meqalitlər bəzən Seneqalda Sayn-Nqayen və Vanar, Qambiyada isə Vassu və Kembatç olamqla dörd böyük əraziyə bölünür. Tədqiqatçılar bu abidələrin nə vaxt inşa olunduğunu müəyyənləşdirməyiblər. Lakin ümumilikdə qəbul edilmiş müddət eramızdan əvvəl III əsrdən XVI əsrə qədər olan vaxt dilimidir. Arxeoloqlar meqalit dairələrinin ətrafında saxsı qablar, insan məzarları, bəzi qəbir əşyaları və həmçinin metallar tapdılar.[3] Bunların kiçik bir kolleksiyasını müstəmləkə idarəçisi Ser Riçmond Palmer tərəfindən hədiyyə edilən Britaniya muzeyi kolleksiyasında tapa bilərsiniz.[4] Bunlara bir dəmir bilərzik və iki nizə daxildir.
Bu dörd əsas sahədə təxminən 29000 daş, 17000 abidə və 2000 fərdi yer var. Abidələr hamar səthlərə malik əsasən lateritdən hazırlanmış dik bloklardan və ya dirəklərdən ibarətdir (bəziləri yıxılıb). Monolitlər çevrələrdə və ikiqat çevrələrdə, təcrid olunmuş, dairələrdən ayrı sırada və ya ayrı-ayrılıqda dayanmış şəkildə tapılmışdır. Çevrələr xaricində ayrıca tapılan bu daşlara frontal daşlar deyilir. İki paralel, bağlı olan cərgədə frontal daşlar olduqda, bu daşlar lira-daşlar adlanır.[1]
Daş abidələrinin inşası bu cür quruluşların inşası üçün tələb olunan əmək miqdarına əsaslanan firavan və mütəşəkkil bir cəmiyyətin sübutudur. Daşlar dəmir alətlərdən istifadə edilərək laterik karxanalarından çıxarılmışdır. Bu karxanaların bir neçəsinin müəyyən ərazilərlə birbaşa əlaqəli olduğu müəyyənləşdirilmişdir. Daş çıxarıldıqdan sonra ortalama iki metr yüksəklikdə və yeddi ton ağırlığında, ya slindrik, ya da çoxbucaqlı formasında bənzər sütunlar hazırlanmışdır.[3] Bu meqalitlərin inşaatçıları məlum deyil. Mümkün namizədlər Diola və ya Volof xalqının[5] əcdadlarıdır, lakin bəziləri inşaatçıların Serer xalqı olduğuna inanır. Bu fərziyyə Serer xalqının hələ də Vanarda tapılan evlərə bənzər cənazə evlərindən istifadə etməsindən irəli gəlir.[6]
Ümumdünya irsi ərazisi
Qambiya:
- Kerr Batç (Kerbatç) daş çevrələri 13°45′16″ şm. e. 15°04′05″ q. u.
- Vassu daş çevrələri 13°41′29″ şm. e. 14°52′23″ q. u.
Seneqal:
- Sayn-Nqayen daş çevrələri 13°41′43″ şm. e. 15°32′07″ q. u.
- Vanar daş çevrələri 13°46′27″ şm. e. 15°31′23″ q. u.
Vassu
Vassu Qambiyanın Niani rayonunda yerləşir və 11 daş çevrəyə sahibdir. Ən hündür daş bu ərazidə tapılıb və hündürlüyü 2,59 metrdir. Buradakı abidələrin inşaatçıları laterit daşların mənbələrini tapmaq üçün yerli geologiyaları ilə bağlı çoxlu biliklərə sahib idilər. Onlar bu daşları parçalanmadan və çatlamadan çıxartmaq üçün böyük texniki imkanlara sahib olmalı idilər.
Kerbatç
Doqquz daş dairədən və bir ikiqat çevrəfdən ibarət olan Kerbatç[3] Qambiyanın Nianiya rayonunda yerləşir. Burada həmçinin üç yerdə qırılmış və yıxılmış V formalı bir daş var. Cəbhə xəttinin bir hissəsi olan bu daş 1965-ci ildə P. Ozannın rəhbərlik etdiyi Anqlo-Gambiya Daş Çevrələr Ekspedisiyası zamanı bərpa edilmişdir. Bu ekspedisiya zamanı Ozann və komandası Kerbatçda ikiqat çevrəni aşkar etdilər.[7]
Vanar
Vanar ərazisi Seneqalın Kaffrine bölgəsində yerləşir və 21 daş çevrədən və bir ikiqat çevrədən ibarətdir.[1] Burada çox sayda lira daşları da var. Əslində, bütün Seneqambiya lira-daşlarının üçdə biri Vanarda yerləşir.[8] Buarada işləyən arxeoloqların sözlərinə görə Vanarda tapılan bütün abidələr məzarlıqlara işarədir. Tədqiqatçılar ərazinin əvvəlcə məzarlıq olduğunu və daşların daha sonra ritual istifadə üçün əlavə olunduğunu müəyyən etmişdirlər. Bu bölgə üçün tikinti tarixi eramızın VII-XV əsrləri arasına qədər yeni ola bilər.[1]
Ərazidə başlamış bir cari tanışlıq proqramı ikiqat çevrənin inşasına XII-XIII əsrlər arasında olan tarixləri verir.[9] Vanarda 2008-ci ildə bir qazıntı aparılmış və buradakı məzarlara iki qrupa təsnif edilmişdir:[1] kurqan ilə örtülmüş böyük çuxurlardan ibarət olan sadə məzarlar və dar girişləri olan dərin və daha mürəkkəb məzarlar. Məzarlarda kərpic və gips kimi tez xarab olan materialların olması dəfn zamanı tikilmiş cənazə evlərinin mövcudluğunu göstərir.[10]
Vanarda iki növ daş tapılmışdır: silindrik olmağa meylli uzun və incə daşlar və daha qısa, dartılmış, trapezəbənzər formalı daşlar.[6] Ərazidə sərhəd xətlərinin müvafiq çevrələrə uyğun gəlmədiyi bir sıra var ki, buna da abidələrin tikildiyi xronoloji ardıcıllığı səbəb olmuş ola bilər.
Vanardakı bu abidələrin əvvəlcə nə kimi göründüyünü izah edə biləcək bir çox başqa dəlillər var. Məsələn, ikiqat çevrənin daxili halqasında abidənin mərkəzindən kənara çıxan uçmuş monolitlər var. Bu abidənin ətrafında quru daşın tapılması ilə birlikdə monolitlərin altındakı quru daşın mövcud olduğunu və daxili halqadan və quru daşdan ibarət olan silindrin xarici təzyiq səbəbiylə çökdüyünü göstərə bilər.[11]
Vanarda həmçinin əraziyə səpələnmiş, yerin müxtəlif qatlarında basdırılmış vəziyyətdə saxsı qab qırıqları tapılmışdır. Saxsı qabın tapıldığı müəyyən təbəqələr quru daşın yıxılmasından sonra, ancaq monolitlərin dağılmasından əvvəl bir çöküntü meydana gəldiyini söyləyir. Başqa sözlə qablar monolitlər tamamilə və ya qismən tərk edildikdən sonra bu abidəyə qoyulmuş ola bilər. Ümumiyyətlə bu ikiqat çevrənin məhv edilməsi zamanla böyük və qəfil dağılmadan fərqli olaraq yavaş bir parçalanma idi.[8]
Bütün bu tapıntılara əsaslanaraq tədqiqatçılar Vanarda baş verən dəfn mərasiminin ardıcıllığı üçün mümkün bir model hazırladılar. Ardıcıllığın üç fərqli mərhələsi var: Birinci mərhələ qəbirləri kurqanlarla örtmək kimi yeraltı məzarların hazırlanmasından ibarətdir; ikinci mərhələ daşların kurqanların ətrafında ucaldıldığı dövrdür; üçüncü mərhələ isə frontal daşların düzəldilməsindən ibarətdir. Üçüncü mərhələ də həmçinin bu abidələr ritual fəaliyyət sahəsinə çevrilmiş və ətraf ərazilərə saxsı qablar yığılmış ola bilər. Bu modelin yaradıcıları digər ardıcıllıqların mümkün olduğunu qəbul edir və digər ardıcıllıq versiyaları da doğru ola bilər.[12]
Sayn-Nqayen
Sayn-Nqayen dörd sahənin ən böyüyüdür və ev 52 daş çevrədən, bir ikiqat çevrədən və 1102 oyma daşdan ibarətdir. Burada tapılan yanlız məzarların daş dairələrin qurulması ilə əlaqəli olan çoxsaylı məzarlardan daha qədim olduğu qəbul edilir.[3] Sayn-Nqayen ərazisi sadəcə Seneqal ərazisində, 13°41′ ş.e. 15°32′ q.u. koordinatlarında yerləşir.[13]
2002-ci ildə ərazidə Sayn-Nqayen Arxeoloji Layihəsi (SNAP- Sine-Ngayene Archaeological Project) ekspedisiya başladı. Komanda abidənin yaxınlığında dəmir əritmə yerləri və karxanalar aşkarladı.[7] Bundan əlavə abidələrlə eyni dövrə aid olan, döşəmələrinin və dulusçuluq qalıqları olan və 2-5 qrupda cəmləşmiş yüzlərlə ev aşkar edildi. Bu dəlil kiçik, lakin müstəqil icmaların mövcudluğunu göstərir. Tədqiqatçılar bu meqalit qəbiristanlıqlarının mədəni mənzərənin mərkəzində ola biləcəyini və insanları bir araya gətirmək məqsədinə xidmət edə biləcəyini ehtimal edirlər.[13]
Sayn-Nqayendəki arxeoloqlar dörd fərqli, ardıcıl dövrlə xronologiya qurmuşlar. Bu dövrlər ardıcıl təbəqələrə basdırılmış materiallara və ərazinin mərkəzindəki ikiqat çevrənin inşası xronologiyasına əsaslanır. Bu qrafikdə təyin olunan təxmini tarix aralığı eramızın 700-1350-ci illəri arasında dəyişir.[14]
Birinci dövr
Birinci dövrə aid materiallar səthdən təxminən 1.6-2.0 metr aşağıda yerləşir və eramızın 700-800-ci illərinə aiddir. Bu dövr üçün əsas tapıntı ikinci dərəcəli dəfn şəklində basdırılan insan qalıqlarının konsentrasiyası olan böyük, uzunsov formalı bir çuxur idi. Qalıqlar beş dəmir nizə və bir mis bilərzik ilə tapıldı. Çuxur yenidən doldurulmuş və laterit bloklarla qapanmış bir palçıqla örtülmüşdür. Tədqiqatçılar daşların xarici çevrəsinin dəfndən sonra inşa edildiyini və iki böyük frontal daş əlavə olunduğunu təxmin edirlər.[15]
İkinci dövr
İkinci dövr üçün təhlil olunan təbəqələr səthdən təxminən 1.0-1.6 metr aşağıdadır və eramızın 800-900-cu illərinə aiddir.[16] Bununla birlikdə bu dəfn sahəsi daha seçici insan sümüklərindən, əsasən uzun sümüklərdən və kəllə sümüklərindən ibarət idi və ayrı-ayrı zamanlarda dəfn olunmuşdu. Bunlar ikinci dərəcəli dəfnlərlə də əlaqəli idi. Ümumilikdə ərazidə on kəllə, otuz uzun sümük və bir dəmir nizə başlığı tapılmışdır.[17]
Üçüncü dövr
Üçüncü dövr səthdən 0,5-1.0 metr aşağıdakı materialdan ibarətdir və 900 ilə 1000-ci illər arasında davam edir. Bu zaman dövründə monolitlərin daxili çevrəsinin qurulduğu ehtimal olunur. Bu təbəqənin içərisində qurbanlıq masa kimi istifadə oluna bilən daha bir laterit plitə aşkar edilmişdir.[17] Lakin tapıntıların əksəriyyəti gil qalıqlar, seçkin sümüklər (uzun sümüklər və kəllə) və saxsı qablara qoyulmuş insan dişlərindən ibarət idi.[18] Məhz bu dövrdə abidənin seçikn məzarlıqdan, daha geniş bir mərasim yerinə keçərək daha çox "xalq abidəsi" halına gəlmişdir. Bu dövrdə dəfnlərdən qurbanlara keçid baş vermişdir.[19]
Dördüncü dövr
Bu dövr səthdən təxminən 0,5 metrə qədər olan materialları ehtiva edir və eramızdan əvvəl 1235-1427-ci illər arasındadır. Bu dövrdə abidənin aşağı intensiv istifadəsi görünür və bu təbəqədən əldə edilən bəzi şeylər təsadüf nəticəsində yenidən çökmüş materiallar ola bilər.[19] Bu zonadan tapılanların əksəriyyəti abidənin daxili çevrəsində yerləşən laterit bloklarla basdırılmış kiçik sümük parçaları idi. Həmçinin ərazidə 70 sümük, yeddi firuzəyi muncuq və iki mis üzük olan ikinci dərəcəli bir dəfn çuxuru var idi. Bu abidələrdən istifadə edən insanlar arasında uzunmüddətli ticarəti sübut edə bilər. Dördüncü dövrə ümumilikdə qurbanlar və ikinci dərəcəli dəfn qəbirləri aiddir.[20]
Mənbələr
- "Stone Circles of Senegambia", 2006. UNESCO World Heritage Centre
- Yunus Saliu. "Gambia: World Heritage Sites of the Gambia- Wassu and Kerbatch Stone Circles", 6/20/2012. allAfrica
- Holl, A. F., Bocoum, H., Deuppen, S., and Gallagher, D. (2007). Switching mortuary codes and ritual programs: The double-monolith-circle from Sine-Ngayene, Senegal. Journal of African Archaeology, 5(1), 127–148.
- Laport, L., Bocoum, H., Cros, J. P., Delvoye, A., Bernard, R., Diallo, M., Diop, M., Kane, A., Dartois, V., Lejay, M., Bertin, F., and Quensel, L. (2012). Megalithic monumentality in Africa: from graves to stone circles at Wanar, Senegal. Antiquity, 86(332), 409–427.
İstinadlar
- Laport et al. 2012, p. 410
- UNESCO, Stone Circles of Senegambia [in] Alvarez, Melissa, Earth Frequency: Sacred Sites, Vortexes, Earth Chakras, and Other Transformational Places, pp. 152-3, Llewellyn Worldwide (2019), ISBN 9780738755410 (Retrieved 8 July 2019)
- "Stone Circles of Senegambia". UNESCO. UNESCO. 2016-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul, 2019.
- British Museum Collection
- Hughes, Arnold; Perfect, David. Historical Dictionary of The Gambia (ingilis). Scarecrow Press. 2008. səh. 224-225. ISBN 978-0-8108-6260-9. 7 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2020.
- Laport et al. 2012, p. 415
- Holl et al. 2007, p. 130
- Laport et al. 2012, p. 418
- Laport et al. 2012, p. 421
- Laport et al. 2012, p. 411
- Laport et al. 2012, p. 417
- Laport et al. 2012, p. 421
- Holl et al. 2007, p. 131
- Holl et al. 2007, p. 127
- Holl et al. 2007, p. 136
- Holl et al. 2007, p. 138
- Holl et al. 2007, p. 140
- Holl et al. 2007, p. 143
- Holl et al. 2007, p. 144
- Holl et al. 2007, p. 146