Sen-Pol adası
Sen-Pol adası (fr. L'île Saint-Paul) — Hind okeanında yerləşən, Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan ada. Amsterdam adasından 85 km cənubda yerləşir və iki ada birlikdə Amsterdam arxipelaqını təşkil edir.
Sen-Pol adası | |
---|---|
fr. L'île Saint-Paul | |
Ümumi məlumatlar | |
Sahəsi | 8 km² |
Uzunluğu |
|
Eni | 2,5 km |
Hündür nöqtəsi | 270 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
38°43′00″ c. e. 77°31′00″ ş. u. | |
Ölkə | Fransa |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Sen-Pol adası öz növbəsində vulkan məşəllidir. 12 km diametrə malikdir. Ada ağac örtüyündən məhrumdur. Adanın mərkəzində kalderada vulkan məşəlli körfəz vardır.
Sen-Pol adasının qışda temperaturu 10-11 °S, yayda isə 17-17,5 °S təşkil edir. Adada pinqvinlər, Suiti və Dəniz quşlarına rast gəlinir.
Vulkan
Stratovulkandır. Yaşı 1200 il olaraq qiymətləndirilir. İlk püskürməsi 1991 ildə müşahidə edilmişdir. Bundan 800 il əvvələ qədər vulkan aktiv olmamışdır. Vulkanın yerində nəhəng kaldera əmələ gəlmişdir. Son püskürmə 2009 ilə təsadüf edir.
Əhalisi
Adanın daimi əhalisi yoxdur. Bununla belə elmi məqsədlər üçün insan tez-tez ziyarət edirlər.