Semyon Budyonnı
Semyon Mixailoviç Budyonnı (rus. Семён Миха́йлович Будённый; 13 (25) aprel 1883, Budyonnovskaya[d], Don Voysko vilayəti[d] – 26 oktyabr 1973[1][2][…], Moskva[3]) - Sovet İttifaqı Marşalı.
Semyon Budyonnı | |
---|---|
rus. Семён Миха́йлович Будённый | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 (25) aprel 1883 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 oktyabr 1973[1][2][…] (90 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | Atlı qoşun |
Xidmət illəri |
1903-1917 1918-1973 |
Rütbəsi | Marşal |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sovet İttifaqı Qəhrəmanı marşal Semyon Budyonnı atçılıq idmanının əsasını qoymuşdu. Vətəndaş müharibəsində birləşmiş kavaleriyaya başçılıq edirdi. Sonralar birinci atlı ordusu yarada bilmişdi. Kazaklar ona "Kazbek" adında at bağışlamışdılar.O, vətəndaş müharibəsində "Kazbek"lə döyüşlərdə iştirak etmişdi. At 18 yaşına qədər Budyonnuya sədaqətlə xidmət edir. Marşal həmişə deyirdi ki, atı sevməyən onun belində çapa bilməz. Budyonnunun altı atı döyüşlərdə məhv olub. İkinci Dünya müharibəsində atçılıq qvardiyasına texnikadan daha çox üstünlük verirdi. Moskvanın müdafiəsində 45 dərəcə şaxtada texnika sıradan çıxanda atlardan istifadə olunurdu. Təəssüf ki, 1956-cı ildə hərbi kavaleriya Sovet dövləti tərəfindən ləğv edilir. S.Budyonnı bu hadisəni çox pis qəbul edir. Yeni Budyonnı cins atını yetişdirən keçmiş marşal artıq yüksək vəzifə sahibi olmadığı üçün bu məsələnin müsbət həllində aciz qalır. Atçılıq sahəsi qoyunçuluq, taxılçılıq sovxozları ilə əvəz olunur. 11 il ərzində 7 milyon at ətliyə verilib məhv edilir. Bu, atlara qarşı ən amansız hökm, ağır cəza idi. S.Budyonnı atların az bir hissəsini qoruyub saxlatdırır. Filmlərdə çəkilişlər üçün atlara ehtiyac olduğunu bildirir. Onun 1945-ci ildə doğulan Sofist adlı sevimli atından M.Kutuzovun at heykəli üçün model kimi istifadə olunur.
Semyon Budyonnı Sovet İttifaqı Marşalı rütbəsinə layiq görülmüşdü.
S.Budyonnı 26 oktyabr 1973-cü ildə vəfat edib.
Filmoqrafiya
Budyonnı Bakıda (film, 1952)-rejissor: Muxtar Dadaşov
İstinadlar
- Bibliothèque nationale de France Semen Mihajlovič Budennyj // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Semyon Mikhailovich Budyonny // TracesOfWar.
- Deutsche Nationalbibliothek Record #118664425 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Xarici keçidlər
Sovet İttifaqı Marşalları |
Kliment Voroşilov • Mixail Tuxaçevski • Aleksandr Yeqorov • Semyon Budyonnı • Vasili Blyuxer • Semyon Timoşenko • Qriqori Kulik • Boris Şapoşnikov • Georgi Jukov • Aleksandr Vasilevski • İosif Stalin • İvan Konyev • Leonid Qovorov • Konstantin Rokossovski • Rodion Malinovski • Fyodor Tolbuxin • Kirill Meretskov • Lavrenti Beriya • Vasili Sokolovski • Nikolay Bulqanin • Hovannes Baqramyan • Sergey Biryuzov • Andrey Qreçko • Andrey Yeryomenko • Kirill Moskalenko • Vasili Çuykov • Matvey Zaxarov • Filipp Qolikov • Nikolay Krılov • İvan Yakubovski • Pavel Batitski • Pyotr Koşevoy • Leonid Brejnev • Dmitri Ustinov • Viktor Kulikov • Nikolay Oqarkov • Sergey Sokolov • Sergey Axromeyev • Semyon Kurkotkin • Vasili Petrov • Dmitri Yazov |