Semyon Bilmes
Semyon Bilmes (d. 29 avqust 1955) - Azərbaycan əsilli amerikalı rəssam, Eşlənd İncəsənət Akademiyasının qurucusu və müəllimlərindən biri. Bu incəsənətin ABŞ-nin Oreqon şttının Eşlənd şəhərində və Havayinin Maui şəhərində bölmələri vardır. Bilmes ABŞ səviyyəsində marketinq, redaktə və kitab rəssamlığı sahəsində tanınmışdır. O, AT&T, CBS, General Mills, Warner Lambert, Smirnoff Vodka, Citibank, Clairol, Western Union, Alaska Airlines və Philip Morris kimi şirkətlərin reklamları üçün rəsmlər çəkmişdir. O, kitablara və Reader's Digest, the The New York Times dövrü mətbuatlar üçün rəsmlər çəkmişdir. Bilmesin yağlı boya rəssamlığı nümunəsi olan "Qırmızı türbanda xanım" əsəri American Showcase tərəfindən hazırlanmış ilin ən yaxşı dizaynları və rəsmləri siyahısında yer almışdır.[1]
Semyon Bilmes | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | rəssam |
Fəaliyyət illəri | 1955-ci ildən |
Həyatı
Semyon Bilmes 1955-ci il 29 avqust tarixində Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur. O, ilk incəsənət təhsilini məktəbin ilk illərində almış, 16 yaşına çatdıqda isə Bakıda yerləşən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinda təhsilinə davam etmişdir. 1980-ci ildə Nyu-Yorka mühacirət etmiş, burada da Parlons Dizayn Məktəbindən məzun olmuşdur.[2][3]
O, ABŞ-də Bilmes İncəsənət Məktəbinin əsasını qoymuş, burada kommersiya məqsədləri ilə 10 il dərs demişdir. Daha sonra Oreqon ştatının Eşlənd şəhərində daha böyük və rahat binaya köçmüş və Eşlənd İncəsənət Akademiyasının əsasını qoymuşdur. 2010-cu ildə ailəsi ilə birlikdə Maui şəhərinə köçmüş, burada Maui Atelyesinin əsasını qoymuşdur. Hal-hazırda da bu atelyədə müəllimlik etməklə məşğuldur.[4][5][6][7]
Hal-hazırda bu şəhərdə yaşayan Bilmes evlidir, dörd övladı vardır.[8][9]
İstinadlar
- Darrow, Laurel. "Artists Don't have to Starve". Grants Pass Daily Courier. February 16, 1987.
- Reiss, Al. "Painting a New World". Mail Tribune. September 30, 1990.
- Reiss, Al. "Painting a New World". Mail Tribune. 30 sentyabr 1990.
- Martin, Melissa. "Ashland Illustrator Finds Artistic Freedom in the U.S.". Mail Tribune. 23 noyabr 1989.
- Bousquet, Tim. "Academy goes back to basics". Ashland Daily Tidings. 2006. 2003-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- Goracke, Suzane. "Illustrator Believes Basics are the Key to Success". Ashland Daily Tidings. May 31, 1991.
- Twitchell, Cleve. "Fashionably Russian". Mail Tribune. 3 iyul 1992.
- Silow, Frank. "Working for Yourself". Mail Tribune. 19 mart 1992.
- Kettler, Bill. "Finally Chasing Their Dream". Mail Tribune. noyabr 1998.