Semiotika

Semiotika (yun. σημειωτική) — ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərəelmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları aşağıdakılardır:

  1. Məlumatınmənanın ifadəsinin verilməsi funksiyası,
  2. Ünsiyyət funksiyası, yəni dinləyici (oxucu) tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi, həmçinin fəaliyyətə, hərəkətə sövqetmə, emosional təsir və .s.[1]

Ədəbiyyatda semiotika

Semiotika – mətndə struktur informasiyanı daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa, eyni zamanda mətnin funksional strukturunu, yəni onun "necə işlədiyini" aşkarlamağa imkan verir.[2]

İstinadlar

  1. "Fəlsəfə", Bakı, "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi", 1997, səh 365
  2. "Seyfəddin Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, «Nurlan», 2008. – 188 səh" (PDF). 2022-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-28.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.