Selsus

Selsus (yun. Kέλσον, lat. Celsus, II yüzilliyin ikinci yarısı) Roma filosofu, orta platonçuluğun təmsilçisi, Xristianlığın ən tanınmış antik tənqidçilərindən biri. Onun haqqında zamanımıza çox az bilgi gəlib çatmışdır. Məlumdur ki, o imperator Markus Avreliusun dostu idi.

Selsus
lat. Celsus
Doğum tarixi II əsr
Vəfat tarixi bilinmir
Fəaliyyəti filosof, yazıçı
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Selsus “Doğru söz” (yun. Λόγος άληθής) adlı kitabın müəllifi olmuşdur. Bu əsərin orijinal mətni zamanımıza çatmamışdır. Ancaq, Selsusla çəkişməyə girən xristian ilahiyyatçısı Origen onun fikirlərinə rəddiyələr yazaraq “Doğru sözün” bir çox fraqmentlərini özünün Selsusa qarşı (lat. Contra Celsum) əsərində vermişdir.

Selsus dini təlimləri öz düşüncəsinin dəlilləri baxımından təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, Xristianlıq heç də başqa dinlərdən fərqlənmir. Çünki, başqaları kimi xristianlar da öz ehkamlarına düşünmədən inanmağa çağırırlar[1]. Onun fikrincə, İsa tanrı ola bilməz, çünki Tanrının xüsusiyyətləri başqadır. İsa tanrıdırsa, o yerə enə bilməz, çünki belə olarsa öz taxtını tərk etmiş olardı və dünya düzəni dağılardı.

Daha sonra Selsus yazırdı ki, İsa Loqos (Tanrı sözü, kəlamı) da ola bilməz, çünki Loqos insan ola bilməz, çünki o insanlıqdan daha uca olan Tanrı sözüdür[2]. Onun fikrincə Xristianlığın bütpərəstliyi inkar etməsi müstəsna bir şey deyildir. Çünki, doğrudan da insanların düzəltdiyi təsvirlər və heykəllər heç də tanrılar deyildirlər. Hələ xristianlardan çox-çox qabaq Heraklit kimi filosoflar demişdilər ki, bütlərə tapınmaq divarlarla danışmağa bənzərdir. Son olaraq Selsus hesab etmişdir ki, Xristianlıq dövlət üçün təhlükədir.

Mənbə

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 223-224. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16..

Həmçinin bax:

İstinadlar

  1. Ориген. Против Цельса, апология христианства Оригена, учителя александрийского / Перевод Л. И. Писарева. Одесса: Экуменический центр апостола Павла, 1996, s. 7-8.
  2. Ориген. Против Цельса, апология христианства Оригена, учителя александрийского, s. 45-46.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.