Selikli Sporlular sinfi
Selikli Sporlular sinfi (lat. Myxosporıdıa ) — Heyvan qamçılıları yarımsinfinə aid olan sinif.
Selikli Sporlular sinfi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Selikli Sporlular sinfi |
||||
Beynəlxalq elmi adı | ||||
Myxosporıdıa | ||||
|
Haqqında
Miksosporidilər, əsasən balıqlarda, qisməndə də suda-quruda yaşayanlarda və sürünənlərdə parazitlik edir. Bu parazitlərin 700-ə qədər növü məlumdur. Parazitlər balıqların əzələlərini, qəlsəmələrini, beynini, böyrəklərini, sidik kisəsini və digər orqanlarını zədələyərək, balıqçılıq təsərrüfatına böyük ziyan vururlar. Miksosporidilər inkişaflarının ilk mərhələsindən birnüvəli formada olurlar, sonradan isə protoplazma kütləsinə malik olan çoxnüvəli formaya keçir. Bədən boşluğunda yaşayan miksosporidilər çılpaq olub, amöbvarı hərəkət edir. Toxumalarda yaşadıqda isə onlar örtüklə əhatə olunurlar və bir neçə mm-dən bir sm-ə qədər ölçüyə malik olurlar . Balıqlar sporu udmaqla parazitə yoluxurlar . Balığıın bağırsağında həzm fermentlərinin təsirindən spor açılır və dalayıcı kapsula xaricə atılaraq bağırsağın divarına yapışır. Rüşeymin iki nüvəsi spordan xaricə çıxana qədər birləşir. Daha sonra amöbvari rüşeym bağırsağın divarından qana keçir və qan vasitəsilə müxtəlif toxuma və orqanlara, əsasən də əzələlərə aparılır. Burada parazit böyüyür və onun nüvəsi dəfələrlə bölünərək, çoxnüvəli plazmodiya çevrilir. Plazmodinin böyüməsi nəticəsində balıqlarda diametri 5–6 sm olan şişlər əmələ gəlir. Plazmodinin böyüməsi nəticəsində balıqlarda diametri 5–6 sm olan şişlər əmələ gəlir. Plazmodinin daxilində tezliklə çoxhüceyrəli sporlar formalaşmağa başlayır. Sporun əmələ gəlməsi çox mürəkkəb prosesdir və tam öyrənilmişdir. Sporlar sahib öldükdən sonra və ya şişlər partladıqda xaricə tökülür. Miksosporidilər balıqlarda müxtəlif xəstəliklər törədirlər. Myxobolus və Lentospora cinsinin növləri daha təhlükəlidir. Myxobolus pfeifferi növü şirbit balıqlarından şiş xəstəliyi törədir. Balığın əzələlərində parazitlik edən bu növ bədən səthində şişlər əmələ gətirir. Şişin partlaması nəticəsində sporlar xaricə çıxaraq digər balıqların yoluxmasına səbəb olur. Bu infeksiya balıqların əksəriyyətinin ölümünə səbəb olur. Lentospora cerebralis — forel balıqların "fırlanma " xəstəliyini törədir. Lentospora balıqların qığırdaq toxumalarında parazitlik edərək, onu zədələyirlər. Sporlar balıq öləndən sonra xaricə çıxırlar.[1]
Mənbə
B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh