Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Seləli | |
---|---|
39°11′47″ şm. e. 46°44′11″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası
Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir.[2]
Əhalisi
14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı.[3]
Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.[4]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102