Sekuritate
Sekuritate Rumıniya Sosialist Respublikasında gizli dövlət orqanı idi. Daha əvvəl Rumıninya gizli polisi Siguranţa Statului (Dövlət Təhlükəsizliyi) adlanırdı. Nikolae Çauşeskunun əmri altında olan Gizli Polis (Sekuritate) söz azadlığı və media üzərində ciddi nəzarət sistemi yaratdı və eyni zamanda ölkədəki müxalifətə qarşı tolerant olmadı. SSRİ-nin NKVD-sinin köməyi ilə 30 avqust 1948-ci ildə yaradılmış olan Securitate, Prezident Nikolae Çauşeskunun devrilməsindən qısa bir zaman sonra 1989-cu ilin dekabr ayında ləğv edilmişdir.
Dövlət Təhlükəsizlik Xidməti | |
---|---|
(Securitate) | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Rumıniya |
Yaradılma tarixi | 30 avqust 1948 |
Əvvəlki qurum | Siguranța |
Ləğv edilib | 1990 |
Sonrakı | Rumıniya Kəşfiyyat Xidməti |
Tabelik |
Rumıniya Xalq Respublikası (1948-1965) Rumıniya Sosialist Respublikası (1965-1989) |
Ştat sayı | 11.000 (1985) |
Baş qərargah | Buxarest |
Ünvan | Piaţa Revoluţiei, Bukareszt |
Vikianbarda əlaqəli mediafayllar |
Sekuritate Rumıniyanın əhalisinin sayı nisbətinə görə Şərq blokunun ən böyük gizli polis təşkilatlarından biri sayılırdı. Nikolay Çauşeskunun rejimi altında Securitate 1985-ci ildə 11.000 agent və yarım milyon xəbərçi ilə fəaliyyət göstərirdi. 22 milyon əhaliyə sahib olan bir ölkə üçün bu rəqəmlər olduqca böyükdür. Sekuritate, Çauşesku rejiminin nəzarəti altında həbslər həyata keçirmiş və minlərlə “rejim düşməni” adı altında öldürülmüş insana görə məsuliyyət daşıyan gizli polis orqanı idi.