Sekstus Empirikus

Sekstus Emprikus (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı[3]. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir.

Sekstus Emprikus
Σέξτος Εμπειρικός
Doğum tarixi təq. II əsr[1]
Vəfat tarixi təq. III əsr[2][1][…]
Vəfat yeri
Vətəndaşlığı
Dövr Roma imperiyası
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Fəlsəfəsi

Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı. Onun əsərlərində skeptisizm ətraflı və dolğun bir təlim kimi təqdim edilmişdir. Sekstus Emprikus Enesidemusdan sonra skeptisizmin əsaslarını sübuta yetirən 10 troposda yetərincə dəyişikliklər etmiş, onları yenidən sistemləşdirmişdir.

Bilindiyi kimi digər antik düşünürlər bilginin əldə olunmasının mümkünlüyünü iddia edirdilər. Sekstus Empirikus isə şübhəçilərin gələnəyini (ənənəsini) sürdürərək iddia edirdi ki, bilgi nisbidir. Ona görə də, problemlərin çözülməsi və şeylərin mahiyyətini açmaq cəhdlərindən çəkinmək lazımdır[4]. Belə olarsa, insan kamilliyə çatmış olur. Onun fikrincə qanunlar, ənənələr, qaydalar və vərdişlərə riayət edilməlidir. Bu sırada sağlam düşüncəyə özəl yer də verilməlidir.

Qədim zamanlardan başlayaraq duyğular vasitəsi ilə əldə edilən biliyin nisbiliyini və ziddiyyətli olduğunu sübuta yetirmək istəyən düşünürlər öz dəlillərini Sekstus Empirikusun kitablarından gətirirdilər. Onun “problemlərin həllindən çəkinmə” prinsipi tibb, fiziologiya, zoologiya, fizika və digər elmlərdən alınmış faktlara əsaslanırdı.

Mənbə

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 132-133. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 132-133. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Bailey, Alan, Sextus Empiricus and Pyrrhonean scepticism, Oxford: Oxford University Press, 2002.
  • Brennan, Tad, Ethics and Epistemology in Sextus Empiricus, London: Garland, 1999. 
  • Секст Эмпирик. Три книги Пирроновых положений. / Пер. Н. В. Брюлловой-Шаскольской, предисл. А. И. Малеина. СПб., 1913. 215 стр.
  • Секст Эмпирик. Сочинения. В 2 т. / Пер. Н. В. Брюлловой-Шаскольской и А. Ф. Лосева. Общ. ред. и вступ. ст. А. Ф. Лосева. (Серия «Философское наследие»). М.: Мысль, 1976. 1250000 экз. Т. 1. 400 стр. Т. 2. 424 стр.

Həmçinin bax

İstinadlar

  1. Sextus Empiricus // Internet Philosophy Ontology project (ing.).
  2. Sextus Empiricus // Post-Reformation Digital Library (ing.).
  3. Mary Mills Patrick. Sextus Empiricus and Greek Scepticism. Cambridge Deighton Bell & Co. London George Bell & Sons, 1899, p. 21.
  4. Mary Mills Patrick. Sextus Empiricus and Greek Scepticism. Cambridge Deighton Bell & Co. London George Bell & Sons, 1899, p. 22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.