Sedrik Soareş

Sedrik Rikardo Alveş Soareş (31 avqust 1991-ci ildə anadan olub)[2][3]Sedrik (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈsɛdɾik]]]) kimi də tanınan, Premyer liqa təmsilçilərindən olan Sauthempton klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur.

Sedrik Soareş
port. Cédric Soares
Sedrik 2016-cı ildə Portuqaliya millisində oynayarkən
Sedrik 2016-cı ildə Portuqaliya millisində oynayarkən
Ümumi məlumatlar
Tam adı Sedrik Rikardo Alveş Soareş[1]
Doğum tarixi
Doğum yeri Singen, Almaniya
Vətəndaşlığı
Boyu 172
Çəkisi 65 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub İngiltərə Sauthempton
Nömrəsi 2
Karyerası
Gənclik karyerası
1999—2010 Portuqaliya Sportinq CP
Klub karyerası[* 1]
2010—2015 Portuqaliya Sportinq CP 67 (2)
2011—2012  Portuqaliya Akademika 24 (0)
2013 Portuqaliya Sportinq B 2 (0)
2015—h.h İngiltərə Sauthempton 54 (0)
Milli yığma[* 2]
2006—2007 Portuqaliya Portuqaliya U-16 11 (1)
2007—2008 Portuqaliya Portuqaliya U-17 11 (0)
2009 Portuqaliya Portuqaliya U-18 5 (0)
2009—2010 Portuqaliya Portuqaliya U-19 17 (0)
2010—2011 Portuqaliya Portuqaliya U-20 18 (0)
2011—2012 Portuqaliya Portuqaliya U-21 10 (0)
2014—h.h Portuqaliya Portuqaliya 20 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sedrik karyerasına Sportinq CP klubunda start vermişdir. O, dörd Primeyra liqa mövsümü ərzində klub ilə ümumilikdə 94 oyuna çıxmış və iki qolla yadda qalmışdır. Sedrik 2015-ci ildə Sauthempton klubu ilə müqavilə imzalamışdır.

Sedrik Portuqaliyanın gənclər milliləri ilə 72 oyuna çıxmışdır. O, Portuqaliya millisi ilə debütünü 2014-cü ildə etmişdir. Sedrik milli ilə UEFA Avro 2016-da iştirak etmiş və turnirin qalibi olmuşdur.

Klub karyerası

Sportinq

Sedrik Almaniyanın Baden-Vürtemberq bölgəsinin Singen şəhərində Portuqaliyalı immiqrantların ailəsində anadan olmuşdur. Sedrikin iki yaşı olarkən valideynləri ölkəni tərk etmişdir.[4][5] O, 1999-cu ildə səkkiz yaşı olarkən Sportinq de Portuqal klubunun akademiyasına qəbul olmuşdur.

Sedrik əsas komanda ilə Primeyra liqada debütünü 8 may 2011-ci ildə Vitoriya de Setubal klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Sportinq rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. 2011-12 mövsümündə Sedrik komanda yoldaşı Adrien Silva ilə birlikdə top diviziya təmsilçilərindən olan Akademika de Koimbra klubuna icarəyə verilmişdir.[6] Sedrik həmin mövsümdə Portuqaliya Kubokunun finalında Sportinq klubuna qarşı oyunda 90 dəqiqə mübarizə aparmış və komandası 1-0 hesabı ilə qalib gəlmişdir.[7]

Sonralar Sedrik yenidən Lissabon klubuna geri döndü. Növbəti illərdə bir neçə baş məşqçinin rəhbərliyi altında oyunlara çıxmışdır.[8] Sedrik 31 may 2015-ci ildə Portuqaliya Kubokunun finalında Braqa klubuna qarşı oyunun 14-cü dəqiqəsində Cavana qarşı kobudluq edərək meydandan qovulmuşdur. Onun bu kobudluğu penaltiyə səbəb olmuşdur. Lakin Sportinq oyunsonrası penaltilərdə qalib gələrək kubokun sahibi olmuşdur.[9]

Sauthempton

18 iyun 2015-ci ildə Sedrik ikinci yayda Sauthempton klubu ilə dörd illik müqavilə imzalamışdır.[10] Bu transfer qarşılığında İngiltərə klubu Sportinqə 6.5 milyon avro (£4.7 milyon) ödəmişdir.[11][12] O, klub ilə debütünü 30 iyul 2015-ci ildə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Vitess klubuna qarşı oyunda etmişdir. Sent-Meri stadionunda keçirilən görüşdə Sedrik 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 3-0 hesabı ilə qalib gəlmişdir.[13] Sedrik Premyer liqada debütünü on gün sonra Nyukasl Yunayted klubuna qarşı oyunda etmişdir. O, görüşdə Qraziano Pelleye qol ötürməsi ilə yadda qalmış və ilk hissədə Kuko Martina ilə əvəz olunmuşdur. Həmin görüşdə Sauthempton rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.[14]

Milli karyerası

Sedrik Portuqaliya U-21 millisi ilə on oyuna çıxmışdır. O, milli ilə debütünü 1 sentyabr 2011-ci ildə 2013 UEFA Avropa Çempionatının təsnifat mərhələsində Moldova millisinə qarşı oyunda etmiş və komandası 2-0 hesabı ilə qalib gəlmişdir.[15] O, əsas milli ilə debütünü 11 oktyabr 2014-cü ildə Parisdə Fransa millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda milli rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.[16][17]

Sedrik Fernando Santuşun rəhbərliyi altında UEFA Avro 2016-da iştirak etmişdir.[18] O. turnirdə ilk oyununa 25 iyun 2016-cı ildə Xorvatiya millisinə qarşı oyunda (əlavə vaxtda 1–0 hesabı ilə qələbə) çıxmışdır.[19] 1/8 final mərhələsində o, Sauthempton klubundakı komanda yoldaşı olan Xose Fonteni əvəz etmişdir. O, finalda Fransa millisinə qarşı oyunda əsas heyətd əyer almışdır.[20]

Sedrik milli komandada ilk qolunu 17 iyun 2017-ci ildə 2017 FİFA Konfederasiyalar Kubokunda Meksika millisinə qarşı oyunda 86-cı dəqiqədə vurmuşdur. Həmin görüşdə Portuqaliya rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.[21]

Klub statistikası

Klub

21 May 2017 tarixində yenilənib[22]
Klub Mövsüm Liqa Kubok Liqa Kuboku Avropa Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Sportinq 2010–11 2000102050
Ümumi 2000102050
Akademika 2011–12 240500000290
Ümumi 240500000290
Sportinq 2012–13 131003070231
2013–14 281300000311
2014–15 240400070301
Ümumi 6527030140893
Sauthempton 2015–16[23] 24000201[lower-alpha 1]0270
2016–17[24] 30000301[lower-alpha 1]0340
Ümumi 540005020610
Ümumi karyera 1452120901801843
  1. UEFA Avropa Liqası görüşləri daxildir.

Milli komanda

18 İyun 2017 tarixində yenilənib[25]
Portuqaliya
İlOyunQol
201420
201560
201680
201741
Total201

Milli komanda qolları

18 İyun 2017 tarixində yenilənib (Nəticələr və qollar Portuqaliya hesablamasının birinci siyahısındadır.)[21]
#TarixMəkanRəqibHesabNəticəTurnir
1.18 İyun 2017Kazan Arena, Kazan, Rusiya Meksika
2–1
2–2
2017 FİFA Konfederasiyalar Kuboku

Uğurları

Klub

Sportinq
  • Portuqaliya Kuboku: 2014–15[9]
Akademika
  • Portuqaliya Kuboku: 2011–12[7]
Sauthempton

Milli komanda

Portuqaliya

İstinadlar

  1. "Squads for 2016/17 Premier League confirmed". Premier League. 1 September 2016. 27 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2016.
  2. "Presidente Cavaco Silva condecorou selecção nacional de futebol sub-20" (Portuguese). Arquivo Presidência. 6 September 2011. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2016.
  3. "Marcelo condecora jogadores com Grau de Comendador da Ordem do Mérito" (Portuguese). SAPO. 10 July 2016. 20 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2016.
  4. Martins, José. "Cedric setzt sich hohe Ziele" (German). Kicker. 19 October 2014. 30 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2014.
  5. Pereira, Sérgio. "Memórias do miúdo que foi para o Sporting por causa da Alemanha" (Portuguese). Mais Futebol. 21 October 2014. 27 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2015.
  6. "Cédric emprestado à Académica". Record (Portuguese). 17 June 2011. 18 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2015.
  7. "Académica shock Sporting to lift Portuguese Cup". PortuGOAL. 19 May 2012. 2 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  8. "Álvaro Magalhães: "Cédric é titular indiscutível no Sporting"". Record (Portuguese). 29 April 2014. 18 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 June 2015.
  9. "Sporting Lisbon stage remarkable comeback after having man sent off and going 2–0 down after half hour... to win Portuguese Cup on penalties against Braga". Daily Mail. 1 June 2015. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2015.
  10. "Saints land Portugal édric". Southampton F.C. 18 June 2015. 18 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 June 2015.
  11. "Comunicado" (PDF) (Portuguese). Sporting CP. 18 June 2015. 18 June 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 June 2015.
  12. "Southampton sign Cedric Soares from Sporting Lisbon". BBC Sport. 18 June 2015. 31 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2015.
  13. Williams, Adam. "Southampton 3–0 Vitesse". BBC Sport. 30 July 2015. 30 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2015.
  14. Davis, Matt. "Newcastle 2–2 Southampton". BBC Sport. 9 August 2015. 30 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2015.
  15. "Portugal prove too good for Moldova". UEFA.com. 1 September 2011. 27 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2016.
  16. "Cédric na seleção: "Chegou a minha hora"" (Portuguese). Relvado. 6 October 2014. 20 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  17. "France get the better of Portugal". UEFA.com. 11 October 2014. 16 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2014.
  18. "Portugal name Bayern Munich signing Renato Sanches for Euros squad". ESPN FC. 17 May 2016. 4 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2016.
  19. "Quaresma snatches extra-time win for Portugal". UEFA.com. 25 June 2016. 12 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2016.
  20. McNulty, Phil. "Portugal 1–0 France". BBC Sport. 10 July 2016. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2016.
  21. "Héctor Moreno's stoppage-time header earns Mexico draw against Portugal". The Guardian. 18 June 2017. 24 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
  22. "Cédric". Soccerway. 14 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2014.
  23. "Games played by Sedrik Soareş in 2015/2016". Soccerbase. Centurycomm. İstifadə tarixi: {{{access-date}}}.
  24. "Games played by Sedrik Soareş in 2016/2017". Soccerbase. Centurycomm. İstifadə tarixi: {{{access-date}}}.
  25. "Cédric Soares". European Football. 21 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2015.
  26. McNulty, Phil. "Manchester United 3 Southampton 2". BBC Sport. 26 February 2017. 28 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.