Sedov arxipelaqı

Sedov arxipelaqıŞimal Torpağının qər hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.

Sedov arxipelaqı
rus. Архипелаг Седова
Ümumi məlumatlar
Adaların sayı 6
Ən böyük adası Qolomyannıy adası
Hündür nöqtəsi 49 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
79°26′46″ şm. e. 91°53′11″ ş. u.
Ölkə  Rusiya
Region
  • Krasnoyarsk diyarı
Akvatoriya
Sedov arxipelaqı xəritədə
Sedov arxipelaqı
Sedov arxipelaqı
Sedov arxipelaqı xəritədə
Sedov arxipelaqı
Sedov arxipelaqı

Adalar qrupunun tərkibinə altı ada və çoxlu sayda adaclqlar daxildir. Oktyabr İnqilabı adasında yarləşən Paris Kommunası yarımadasın cənub-şərqindən 53 kilometr boyunca şimal-qərbə doğru uzanan kiçik adacıqlar qrupun tərkibini təşkil edir. Qrupun ən şərq adası Oktyabr İnqilabı adasından 4,9 kilometr cənub-qərbdə yerləşən ada ondan Şərq boğazı ilə ayrılır.

Adalar qrupuna daxil olan adalar (qərbdən şərqə):

Qolomyannıy adası — adanın uzunluğu 6 kilometr, eni isə iki kilometrdir. 1954-cü ilin yazından adada Qolomyannıy adası qütb stansiyası fəaliyyət göstərir edir[1]. Sredniy adası ilə qumlu-gilli bərzəxlə birləşir. Bu bərzəxin uzunluğu 1 km, eni isə ən enli yerdə 300 metrdir.

Sredniy adası — uzunluğu 24 kilometr olan, eni isə 500 metrlə 1,2 km arasına dəyişən ada. Arxipelaqın qərbində qərarlaşır. Ada ərazisində uçuş-eniş zolağı, yanacaq anbarı və sərhəd zastavası fəaliyyət göstərir.

Domaşniy adası — uzunluğu 4,3 kilometr, eni isə 950 metr təşkil edən ada. Sredniy adasından cənubda yerləşir. Ondan Sergey Kamenev boğazı ilə ayrılır. Boğazın uzunluğu 5,2 km, eni isə 0,8–2 kilometr arasında dəyişir.

Strela adası — uzunluğu 5,2 kilometr, eni isə 900 metr təşkil edir. Otdelnıy yarımadasından (Sredniy adası) 250 metr şimalda yerləşir.

Fiqurnıy adası — aypara firmasına malik ada, eni olduqca azdır. Şərqdən qərbə uzunluğu 12 km, şimaldan cənuba isə 3 kilometr təşkil edir. Vostoçnıy adası ilə uzunluğu 9 kilometr, eni isə 250 metr olan quru parçası ilə birləşir, Ancaq bir çox xəritələrdə adalar bir-birindən ayrı göstərilir.

Vostoçnıy adası — olduqca iri olaraq, cənub-qərbdən şimal-şərqə ox kimi uzanır. Adanın uzunluğu 6,3 kilometr, eni isə 5,2 kilometr təşkil edir.

Əsas adalardan başqa ətraxında çoxlu sayda adacıqlar vardır.

Adalar 1913-cü ildə Şimal Buzlu okeanına təşkil olunan hidroqrafik ekspedisiya zamanı (1910–1915) kəşf edilmişdir. Bu zaman ekspedisiyanın rəhbəri Boris Andreyeviç Vilkiski olmuşdur. Adalar məşhur rus arktika araşdırmaçısı Georgi Yakovleviç Sedovun şərəfinə adlandırılmışdır. İlk bütöv xəritəsi 1930–1932-ci illərdə tərtib edilmişdir. Bu işlər Nikolay Nikolayeviç Urvansev və Georgi Alikseeviç Uşakov tərəfindən həyata keçirilmişdir[2]. Domaşniy adasında qütb stansiyası inşa edilmişdir.

İstinadlar

Xəritə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.