Prilipko başlıqotu

Prilipko başlıqotu (lat. Scutellaria prilipkoana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu — VU D2.

Prilipko başlıqotu
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Yarımfəsilə:
Scutellarioideae
Növ:
Prilipko başlıqotu
Beynəlxalq elmi adı
  • Scutellaria prilipkoana
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  2802345

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Gövdələr 20 sm-ə hündürlükdədir. Yarpaqlar saplaqlı, 1–2 sm uzunluqda, 5–15 mm enində, yumurtavari və üçkünc-yumurtavari, kəsilən və ya əsası pazvaridir. Kənardan enli-lələkvari kəsiləndir, horizontal və ya yuxarıya doğru tərsduran, qısa xətvari və ya uzunsov küt dişiciklidir, üst tərəfdə boz və ya yaşıl, küt dişiciklidir, adətən sıx və qıvrımtükcüklüdür, alt tərəfdə boz və ya ağ keçəlidir. Çiçək qrupu 4 sm-ə qədər uzunluqda, sıx və ya seyrəkdir. Tac 3–4 sm uzunluqda, parlaq-sarı rəngli, xaricdən yumşaq tükcüklü və vəziciklidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi iyun-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta dağ qurşağında quru daşlı yamaclarda rast gəlinir. Dərman bitkisidir.

Yayılması

Diabar (Lerik rayonu — Qosmalyan kəndinin ətrafı).

Sayı və tendensiyası

Yeganə lokaliteti müşahidə olunur. Populyasiya azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

Antropogen təsirlərdir (otarılma və tapdalanma, əhali tərəfindən dərman bitkisi kimi yığılması).

Mühafizə tədbirləri

Yayılma yerlərində mühafizə tədbirlərinin həyata keçirilməsi təklif olunur.

Sinonimləri

  • Scutellaria orientalis ssp. prilipkoana (Grossh.) Fed.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.