Sayma nerpası
Sayma nerpası (lat. Pusa hispida saimensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Vaxtı ilə Ansilovo gölü Baltik dənizi ilə əlaqə itmişdir. Bu səbəbdən 9000–8000 il əvvəl yarımnövə çevrilmişdir.
Sayma nerpası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Klad: Pan-Pinnipedia Klad: Pinnipedimorpha Klad: Pinnipediformes Klad: Pinnipedia Fəsiləüstü: Phocoidea Fəsilə: Yarımfəsilə: Triba: Phocini Cins: Yarımnöv: Sayma nerpası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması və sayı
Bu yarımnöv Finlandiya ərazisində yaşayan yeganə emdemin məməli növüdür. 2014-cü ildə onların sayı 310 baş təşkil etmişdir. Əz az say göstəricisi 1990-cı ildə müəyyən edilmişdir. Cəmi 180 baş. Müəyyən edilmişdir ki onlar arasında cəmi 90 başı çütləşmə üçün yararlıdır. 2024-cü ildə dövlət proqramına əsasən onların sayını 400 başa çatdırmaq planlaşdırılır.
Bioloji xüsusiyyətləri
Bu növə daxil olan fərdlərin uzunluğu — 130–145 sm, çəkisi isə 50–90 kq olur. Bununla belə daha irilərinə də rast gəlinir. 2006-cı ildə uzunluğu 154 sm, çəkisi 124 kq olan suiti aşkarlanmışdır.
Xəzi əsasən tünd boz olur. Bəzi hallarda qaralarına rast gəlinir. Bu yagımnövün kəllə qurulumu fərqlənir. Belə ki kəllələri enli, çənələri isə qısadır. Beynləri nisbətən iridir.
Çoxalması
Onlar yetkinlik yaşına 4–5 ilində çatırlar. Üç il ərzində dişilər iki dəfə bala verir. Balalar fevralın sonunda doğulur. Yeni doğulan körpənin çəkisi 5 kq təşkil edir.
Həyat tərzi
Sayma nerpası ömrünün 65–85% suda keçirirlər. Onlar suyun altında 20 dəqiqə qala bilirlər. Burada onlar qısa müddətli yuxuya gedirlər. Orta ömür müddətləri 20 il, bəziləri isə 30 il yaşaya bilir.
Sayma nerpası əsasən balıqlarla qidalanır. Gün ərzində bir necə kq təşkil edir. İllik qida rasionu 1000 kq-dır. Göldə onları qida ilə təmin etmək üçün torla ov qadağan edilmişdir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2003.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0