Saylau Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович, 24 dekabr 1940 - 20 noyabr 1991) - Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir.
Saylau Serikov | |
---|---|
Serikov Saylau Dosumoviç | |
Doğum tarixi | |
Doğum yeri | Qostanay vilayəti, Qazaxıstan SSR, SSRİ |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Qarakənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Atası | Dosum |
Milliyyəti | Qazax |
Fəaliyyəti | polis polkovniki, nazir muavini |
24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir.[1]
1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.[2]
20 noyabr 1991-ci il yerli saatla 14:42 vurulan SSRİ DİN-nin Mi-8 helikopterində həlak olmuşdur.
Almatı şəhərində dəfn edilmişdir. Ölümündən sonra xatirəsini əbədiləşdirmək məqsədiyə Almatı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.[3]
İstinadlar
- "Карточка ID-195 - Сериков Сайлау Досумович". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
- Даурен ЗАРКЫМХАНОВ - Хранитель частицы истории страны
- "Память погибших 25 лет назад в Нагорном Карабахе почтили в Алматы". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.