Savalan Mirzəyev

Savalan Mirzə oğlu Mirzəyev (gürc. სავალან მირზა ოკლი მირზოევი; 29 avqust 1986, Qaratəhlə[d], Qardabani rayonu) — Gürcüstan dövlət və ictimai-siyasi xadimi,[4][5] Gürcüstan Parlamentinin 9 və 10-cu çağırış deputatı.[6] O, Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri olmuşdur.[7]

Savalan Mirzəyev
gürc. სავალან მირზა ოკლი მირზოევი
ing. Savalan Mirza ogly Mirzoev
Vəzifədədir
15 iyun 2013-cüildən
ƏvvəlkiMübariz Qarayev Gürcüstan Prezidentinin milli məsələlər üzrə müşaviri kimi
Sonrakıvəzifə ləğv edilib
2009 15 iyun 2013
Şəxsi məlumatlar
Doğum tarixi 29 avqust 1986(1986-08-29) (37 yaş)
Doğum yeri
Təhsili
İxtisası Hüquqşünas
Fəaliyyəti siyasətçi
Atası Mirzə Mirzəyev
Dini İslam

Həyatı

Savalan Mirzə oğlu Mirzəyev 29 avqust 1986-cı ildə Gürcüstan SSR-in Qardabani rayonun Qara Təhlə kəndində ziyalı ailəsində dünyaya gəlib.

Təhsili

  • 2007-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.

İctimai-siyasi fəaliyyəti

Savalan Mirzəyev 12 iyun 2013-cü ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə müşaviri təyin edilib.

Ailəsi

Savalan Mirzəyevin nəsli bir neçə yüz ildir ki, Qardabani rayonun Qara Təhlə kəndində yaşayır.

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.