Savə vilayəti

Savə vilayətiSəfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Tarixi

Savə vilayətinin tərkibində 5 bölgə, 729 kənd və qəsəbə olmuşdur. Savənin tabeliyində olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir. Xarqan Savənin ən iri bölgəsi sayılır. Bu bölgənin ümumi sahəsi 2500 min km²-dir. Təkcə Xarqan bölgəsinə 200 kənd bağlıdır. Bu mahalın əhalisi 200 000 nəfərdir. Məşhur Azərbaycan yazıçısı, hüquqşünas Əli Kəmali də savəlidir. O, Savənin [Xarqan bölgəsində anadan olmuşdu. Savə ərazisinin böyük bir hissəsi və Həmədan əyalətinin çölləri Kalaiz, Takistan, AvşariyyəBoyunzəhra düzənlikləri Xarqan dağlarından axan sularla suvarılır.

Cənubi Azərbaycanın ayrılmaz hissəsi olan Savə İran dövlətinin ərazi islahatı nəticəsində inzibati baxımdan Mərkəzi əyalətinin tabeliyinə verilmişdir. Savə vilayəti Azərbaycan türklərinin ən qədim yurdlarından biridir. Tarixçilərin qənaətinə görə Savə məşhur Azərbaycan pəhləvanı və bir müddət Türküstan dövlətinin başçısı olmuş Savə şahın adını daşıyır. Məşhur tarixi əsər Rövzətüsəfanın müəlifi Rzaqulu xan Savə şahı haqqında yazır: "Sasani şahı Bəhram 12 min nəfərlik ordusu ilə Türkistan ölkəsinin hökmdarı olan Savə şahla döyüşə girdi". Savə mahalı Azərbaycan torpaqlarının şərq sərhədlərində yerləşir. Savə mahalının mərkəzi Savə şəhəri isə İran paytaxtı Tеhrandan 126 km cənub-qərb tərəfdədir. Savə vilayəti şimal tərəfdən Qəzvin, qərb tərəfdən Həmədan, şərqdən Tehranla həmsərhəddir.

Savə Rza şah Pəhləvinin əmri ilə XX sərin 20-ci illərində Tehran əyalətinin tərkibinə daxil edilsə də, bu vilayətin əhali tərkibi dəyişməz olaraq qalmaqdadır və bu mahalda Azərbaycan türkləri mütləq əksəriyyətdir. 8–9 kəndə mühacirət edib gələn bir neçə yüz nəfərlik qeyri-azərbaycanlı ailələr isə bir çox hallarda öz anadilini unudub. Savə haqda etnoqrafiyanın müəllifi mərhum Əli Kəmali bu barədə yazır: "Savəlilər öz əslinə, kökünə bağlı insanlardır, Savəyə köçüb gələn qeyri-türk ailələr bu vilayətin əhalisi tərəfindən çox az bir müddətdə türkcə danışmağa və ünsiyyət qurmaq üçün türkcədən istifadə etməyə sövq edilir və ən maraqlısı odur ki, bu ailələr Azərbaycan türklərinin adət-ənənəsi ilə yaşamağa get-gedə üstünlük veriblər". Ə. Kəmalinin yazdığına görə Ərəbistan vilayətlərindən Savəyə 3 tayfa köçüb. Bu tayfalar Lək, AraxlıKəlavənddir. İndi bu tayfalara aid insanları artıq ərəb saymaq mümkün deyil. Çünki onlar özlərini türk hesab edirlər və təbii olaraq tamamilə türkləşiblər, irqcə, soyca türk olan əhali qədər türk mədəniyyətinə, adət-ənənəsinə bağlıdırlar.

Savə vilayətinin sakinləri əsasən avşar, xələc, bayat, bəydili, şahsevən, muğanlı, qacar, türkman və başqa türk tayfalarından ibarətdir.

Hələ Pəhləvi hakimiyyətinin ən sərt qanunlarının işlədiyi dövrüdə Savə vilayətinin əhalisini öz dilində danışmaq, yazıb-yaratmaqdan məhrum etmək mümkün olmayıb. Savə Telim xan, Əkbər, Rəzzaq, Sənai, Almaz, Xaki, Asim, Sеyid Mеhdi Müntəzir, Dərəgəzli Molla Əhməd kimi böyük söz ustaları və Əli Kəmali kimi böyük yazıçı, publisist yetişdirmişdi.

Mənbə

  • Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, səh. 279–281
  • Əbdülhəmid Xosrovpur-Bəyat. Zərənd kəndində Bayat elinin nümayəndələri. "Soy" dərgisi, 2 (10), Bakı, 2008, səh.29.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.