Sarxanbəyli

SarxanbəyliAzərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.

Sarxanbəyli
39°44′44″ şm. e. 48°46′43″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Sabirabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Sarxanbəyli xəritədə
Sarxanbəyli
Sarxanbəyli

Tarixi-Bir məlumata görə, Yünsür paşa Şahqulu paşa oğlu adlı bir el başçısı Anadoludan, Osmanlı dövlətindən eldöndülük edərək Qızılbaşlar məmləkətinə sığınmışdı. Özü ilə oğul-övladlarını, qohum-əqrabalarını da gətirmişdi. Onları Muğan düzündə yerləşdirmişdilər. Yünsür paşanın Allahqulu paşa adlı qardaşı, Sarıxan bəy, Bidalı bəy, Qoca bəy adlı nəvələri ilə məiyyəti Qurd bəyin də Polad bəy, Dəmir bəy, Quzat bəy adlı xidmətçiləri vardı.

  • Sarıxan bəydən Bədr xan və sarıxanbəylilər törəmişlər.
  • Bidali bəydən məstalıbəyli, qaraqasımlı, alıbabalı, novruzalıbəyli oymaqları yaranmışdır.
  • Qoca bəydən Qocabəylilər əmələ gəlmişdir.
  • Qurd bəydən isə göstərilən kimi poladlı, dəmirçili, quzatlı tayfaları meydana çıxıb.

Bir versiyaya görə, Yünsür paşanın Qoca bəy, Bəndalı bəy, Polad bəy, Dəmir bəy, Sarıxan bəy, Novruzəli bəy adlı oğulları vardı. Novruzəlibəyli tayfasından olan 2008-ci ildə 98 yaşlı Hüseynxan bəy Nəcəfqulu xan oğluna görə, Qoca bəy, Novruzalı bəy, Sarıxan bəy, Dəmir bəy, Bəndalı bəy, Polad bəy qardaşdırlar.

  • Qoca bəyin törəməsi muradlı, udulu, xəlifəlidir.
  • Bəndalı bəyin uruğu alıbabalılar, bəybağlılar, xələflilərdir.
  • Polad bəydən şıxlı, abıbəyli, quzatlı, yurdçu, dursunxocalı, təklə, yekəli qolları yaranıb.
  • Dəmir bəyin törəməsi dəmirçili, inanlı, hacıxocalı, ərəblidir.
  • Sarıxanbəyin comalağı sarıxanbəylilər, əcirli, milli-xəlifəli, balabəyli, bəydili, homunlu, zərgər oymaqlarıdır.
  • Novruzəli bəyin nəvələri isə novruzəlibəylilər, geyikli və pireyvatlılardılar.

Sonrakı dönəmdə isə Şahsevən elinə qalış, sarvanlar, cilovdarlı, talışmikayıllı, qəhrəmanbəyli, muğanlı-heydər, rzabəyli, cahanxanımlı, bəybağlı və gamışçı oymaqları qoşulublar. Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, geyikli, yurtçu, dursunxocalıdır.

Bəydili oymağının qolları isə əcirli, hacıxocalı, yeddioymaq, ərəbli, çaxırlı, qubadlıdır.

Biz XVIII yüzil mənbələrini araşdırarkən Korabbaslı oymağının Yaycı elindən törəndiyinə dair bilgi tapdıq.  Bu kimi qaynaqlar sübut edir ki, yuxarıda göstərilən bölgülər şərtidir, dəqiq deyildir, doğru məxəzlərə söykənməyib.

İstinadlar

Şahsevən tayfaları

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.