Sarvanlar (Ağcabədi)
Sarvanlar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Sarvanlar | |
---|---|
39°59′48″ şm. e. 47°09′25″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 118 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0419 |
|
Tarixi
Sarvanlar kəndi Ağcabədi rayonunda, rayon mərkəzindən 34 km məsafədə, Qarqar çayının sağ sahilində Qarabağ düzündə yerləşir. Sarvanlar kəndinin keçmiş adı Piyada Qurbanlı olub. Bu yaşayış məntəqəsi sarvançılıqla məşğul olmuş qurbanlı nəslinin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. Kəndin ərazisində vaxtilə karvanların və sarvanların düşərgəsi, dayanacaq yeri də olmuşdur. Burada içməli su olduğu üçün gələn karvanlar burada dayanıb dincələ̟rmişlər Sonralar camaat burada evlər tikmiş, kəndi Sarvan düşən adlandırmışlar. Sonralar kənd Sarvanlar adlandırılmışdır. Sarvanlar kəngərlərin bir qoludur. XIX əsrin ortalarına aid olan məlumata görə sarvanlar Şəki qəzasında köçərilik etmiş bir içma olmuşdur. Onlar qışı indiki kəndin yerləşdiyi yerdə ərəbşəki icması ilə bir yerdə keçirmiş, sonralar orada daimi yaşayış məntəqəsi salmışlar. İcmaya sarvanlar adı onların məşğuliyyətinə görə verilmişdir.[1]
Toponimikası
Sarvanlar oykonimi sar, van və lar komponentlərinə ayrılır. İran mənşəlisar sözü "dəvə" mənasındadır. Toponimin tərkibindəki van komponenti "isimlərə əlavə olunan və qoruyan, mühafizə edən" mənası daşıyan şəkilçidir. Sarvan sözü "dəvəçi, dəvə saxlayan", "dəvə mühafizəçiləri","dəvə başı çəkən", "dəvə sürən"mənasındadır. Sarvanlar "dəvəçilər, dəvə mühafizəçisi2 deməkdir. Dəvəçi və Salyan rayonlarında Sarvan adlı kənd vardır. Vaxtilə İrəvan quberniyasının Sürməli qəzasında da Sarvanlar adlanan kənd mövcud idi.[1]
İstinadlar
- Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası. Bakı-2007.