Dağyurd
Dağyurd (əvvəlki adı: Saruşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Dağyurd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Saruşen kəndi Dağyurd kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağyurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.
Dağyurd | |
---|---|
39°43′20″ şm. e. 46°54′20″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.095 m |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrinin Dağyurd kəndində məskunlaşmasından sonra SaruŞen/SoruŞen (dağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı bərpa edilmişdir. Oykonim "dağda salınmış yurd" mənasındadır.[2]
Əhalisi
Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Saruşen qoyulub. Kəndin demək olar ki, bütün əhalisi ermənilərdən ibarətdir. Kənddə yalnız bir nəfər Gülzar Qriqoryan adlı azərbaycanlı qadın yaşayır.[3] 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağyurd kəndinin əhalisinin faktiki sayı 380 nəfər, qeydiyyatdakı əhalinin sayı 388 nəfər təşkil edirdi[4]. Kənddə həmçinin bir nəfər azərbaycanlı yaşayır.[5]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- Dağyurd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
- Karabağ'ın azeri gelinleri
- İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3
- "Erməniyə ərə getmiş azərbaycanlı qadının hekayəsi". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-25.