Sarkomastiqoforlar

Sarkomastiqoforlar və ya sarkoqamçıdaşıyıcılar (lat. Sarcomastigophora) protozoylara daxil olan tipdir. Bura sərbəst yaşayan və parazit həyat kecirən ibtidailər daxildir. Hərəkət orqanoidları sitoplazmanın çıxıntısı olan yalançı ayaqlar və ya qamçılardır. 18000-ə yaxın növü var.

Sarkomastiqoforlar
Elmi təsnifat
???:
Sarkomastiqoforlar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  43781
EOL  4993
FW  71296

Quruluşları

Birhüceyrəli sərbəstyaşayan və ya parazit, daha çox birnüvəli orqanizmlərdir. Elə formaları var ki, iki tip nüvələri olur- vegatativ və generativ. Nümayəndələrinin əksəriyyətində hüceyrənin xarici qatı möhkəmdir ki, bu da forma sabitliyini şərtləndirir. Elə qruplar var ki, onların xarici skeletini mineral maddələr təşkil edir.

Həyat tərzi

Növlərin çoxu bakteriofaqdır, üzvi maddələrlə qidalanan saprofitlər də vardır. Kiçik bir qrup isə avtotrofdur. Parazit formalar öz sahiblərinin şirəsi ilə qidalanır. Yalançı ayaqların, yaxud qamçıların köməyilə hərəkət edir. Bəzilərində bu orqanoidlərin hər ikisi eyni vaxtda ya da həyat siklinin gedişində ardıcıl olaraq mövcud ola bilər. Çoxalma hüceyrələrin ikiyə bölünməsi ilə baş verir (qeyri-cinsi). Cinsi prosesin olması da məlumdur. Bəzi nümayəndələrdə qeyr-cinsi və cinsi çoxalma növbələşir.

Təsnifat

Sarkomastiqoforlar tipi 2 yarımtipə bölünür:

Sarkomastiqoforların təbiətdə və xalq təsərrüfatında əhəmiyyəti

Sarkomastiqoforların bir çox növləri şirin və dəniz suyu hövzələrinin sakinləri olub, bentosunplanktonun tərkibinə daxil olur. Bir sıra növlər torpaqda yaşamağa uyğunlaşıb. Ətraf mühitdə bu heyvan qrupunun əhəmiyyəti ilk növbədə onların trofik rolu ilə müəyyən edilir. Sarkomastiqoforların əksəriyyəti bakteriofaqdır. Bakteriyaların yeyilməsi ətraf mühitdə onların sayını azaldır. Bu isə sağ qalan fərdlərin fizioloji gənclik dövründə intensiv metabolizm]inə imkan yaradır və üzvi maddələrin yığılmasına, su və torpağın özünütəmizləməsinə şərait yaradır. Başqa tərəfdən, sarkomastiqoforların bir çox nümayəndələri bakteriyalarla yanaşı, həll olmuş üzvi maddələri də yeyib həzm etməyə qabildir. Bununla onlar təbiətin özünütəmizləmə prosesində birbaşa iştirak edirlər. Qeyd etmək lazımdır ki, sərbəstyaşayan sarkomastiqoforların indi mövcud olan bir çox növləri ilkin produsentlərdir (avtotrof) və bununla da mühiti üzvi maddələrlə zənginləşdirirlər. Dəniz sularının, okeanların dərinliyində, şirin sularda, torpaqda yaşayan külli miqdarda sarkomastiqoforlar çoxsaylı onurğasızonurğalı heyvanlar üçün qida mənbəyini təşkil edir. Qamçılılar və sarkodkimilər biotopların çirklənmə dərəcəsinin müəyyənləşməsində bioindikator kimi çox böyük əhəmiyyətə malikdirlər. Onların növ tərkibinə, sayına və biokütləsinə, biotoplarda paylanmasına və trofik əlaqələrinə görə mühitin çirklənməsi, onun üzvi mineral maddələrlə zənginlik, yaxud yoxsulluq dərəcəsi, mühitin fiziki-kimyəvi vəziyyəti və s. barədə mühakimə yürütmək olar. Əhəngdaşı massivləri, hündür dağlar (Pireney, Alp və b.), təbaşir və bir sıra başqa çöküntü süxurlarının qalın qatları (silisiumlu gil, silisiumli şistlər, trepel, yaşma, opal, dəvəgözü və b.) ölmüş foraminiferlərin, şüalıların və qamçılı kokkolitoforidlərin xırda balıqqulaqlarından ibarətdir. Sarkomastiqoforların bir çox parazit formaları insan və heyvanların protozoy xəstəliklərinin törədicisidir. İri və xırdabuynuzlu malda, donuzda, itdə və başqa heyvanlarda bir neçə növ amöb parazitlik edir. Bunlardan ən çox patogen əhəmiyyəti daşıyanı- lat. Entamoeba suis növüdür. İnsanın mədə-bağırsaq sistemində 7 növ amöb aşkar edilmişdir ki, bunlardan ən təhlükəlisi amöb dizenteriyası xəstəliyinin törədicisi olan lat. Entamoeba histolytica növüdür. Amöbiozlar əsasən isti və qurur iqlimə malik rayonlarda yayılmışdır. Şiddətli ishal, bol qanaxma ilə müşayiət olunur. Bu isə daxili orqanların bir çoxunun absesi nəticəsində ağırlaşmalara səbəb ola bilər. Xəstələrin müalicəsi üçün bir sıra dərman preparatlarından istifadə olunur və onlar tamamilə sağalırlar. Fəal terapiya olamdıqda xəstəlik xroniki formaya keçə bilər. Nəticədə orqanizm güclü şəkildə üzülə və tələf ola bilər. Amöblərin qalan növləri insanın bağırsaqlarında yaşayaraq bakteriyalarla qidalanır. Bu amöblərin insanda hansısa xəstəlik törətməsi haqqında konkret məlumat yoxdur. Bitki qamçılıları (Haplozoon, Blastodinium, Chytriodinium və b.) sinfindən olan qamçılılar əsasən onurğasızlarda (polixet, kopepod və b.) parazitlik edirlər. Zoomastigophora sinfinə daxil olan parazitlərin böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. Onların arasında təhlükəli balıq parazitləri olan ixtioftiriuslar və b. vardır. Onlardan çoxu çəkikimilərin bədən səthində və qəlsəmələrində məskunlaşaraq qəlsəmə epitelilərini dağıdır. Nəticədə balıqlar (xüsusən körpələr) boğulub ölürlər. Onurğasızların və xüsusən onurğalı heyvanların və bitkilərin daha təhlükəli və böyük itkilərə səbəb olan parazitləri- tripanozomlardır. Tripanosomatid fəsiləsinin 4 cinsinin nümayəndələri (lat. Leptomoeas, Crithida, Blastocrithida, Herpetomonas) onurğasızlarda, əsasən həşəratlarda parazitlik edirlər. Qalan 4 cinsin (lat. Phytomonas, Leishmania, Endotrypanum və Trypanasoma) nümayəndələri bir çox onurğalı heyvanların, insanın, eləcə də bitkilərin parazitləridir. Trypanasoma cinsindən olan parazitlərin sahibləri, demək olar ki, bütün onurğalı heyvanlardır. Tripanozomoz bir çox ev heyvanlarının əsl bəlasıdır. lat. Trypanasoma evanci Steel – dəvə və atlarda surra (su-auru) adlanan xəstəliyin törədicisidir. Bu xəstəlik Şimali Afrika, Cənubi AvropaAsiyanın geniş ərazilərində yayılmışdır. Keçmiş İttifaq ərazisində atların döl xəstəliyinin törədicisi olan lat. Trypanasoma equiperdum böyük maraq kəsb edir. Xəstəliyin törədicisi cütləşmə zamanı heyvanlara keçir. Onun əlamətləri- anemiya, əsəb pozğunluğu və iflicdir. Tripanozomların bəzi növləri insanda parazitlik edir və təhlükəli xəstəliklər törədir. Bunlardan biri- çaqas xəstəliyidir. Bu xəstəliyin törədicisi lat. Trypanasoma cruzi, keçiricisi isə lat. Reduviidae fəsiləsindən olan taxtabitilərdir. Parazit insan orqanizminə daxil olaraq daxili üzvləri (ürək, əsəb və həzm sistemi) zədələyir. Titrətmə-qızdırma, qaraciyərlərin xeyli böyüməsi, bağırsaqların hipertoniyası ilə müşayiət olunur. Çaqas xəstəliyi transmissiv invaziyadır. Onun təbii rezurvuarı kimi müxtəlif vəhşi (gəmiricilər, meymunlar və b.) və ev (it, pişik) heyvanları çıxış edir. Tripanozomların insanda törətdiyi daha təhlükəli xəstəliklərdən biri də Mərkəzi Afrikada geniş yayılmış yuxu xəstəliyidir.

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. I cild, Birhüceyrəlilr və çoxhüceyrəlilər. Bakı, Elm nəşriyyatı, 2002.
  1. HONIGBERG B. M., BALAMUTH W., BOVEE E. C., CORLISS J. O., GOJDICS M., HALL R. P., KUDO R. R., LEVINE N. D., LOEBLICH A. R., WEISER J. et al. A REVISED CLASSIFICATION OF THE PHYLUM PROTOZOA, A Revised Classification of the Phylum Protozoa* (ing.). // Journal of Protozoology Wiley, 1964. Vol. 11, Iss. 1. P. 7–20. ISSN 0022-3921; 2375-0804 doi:10.1111/J.1550-7408.1964.TB01715.X PMID:14119564
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.