Sarkodinlər
Sarkodinlər (lat. – Sarcodina) ibtidailərə daxil olan yarımtip.
Sarkodinlər | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Sarkodinlər |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Quruluşu
Sarkodinlərin ən tipik nümayəndəsi şirin su amöbü (Amoeba proteus) və dizenteriya amöbüdür (Entamoeba histolytica). Şirin su amöbü gölməçələrdə, kiçik su hövzələrində yaşayır. O, birnüvəli canlı olub, sitoplazması 2 təbəqədən – ektoplazma və endoplazmadan ibarətdir.[1]
Çoxalması
Psevdopodilər vasitəsilə hərəkət edir və qeyri-cinsi yolla (bölünmə) çoxalır. Bu canlılar əlverişsiz şəraitə düşdükdə sista əmələ gətirir.
Qidalanması
Yalançı ayaq vasitəsilə qidalanırlar. Qidanın daxil olması üçün hüceyrədə müəyyən bir yer yoxdur. Qida yalançı ayaqların köməyilə tutulur və sitoplazmaya keçir. Burada onun ətrafinda həzm vakuolu əmələ gəlir.
Əhəmiyyəti
Sarkomastiqoforlar biosenozda mühüm əhəmiyyət daşıyır. Onların əksəriyyəti bakteriofaq olub, bakteriyaların sayını və təsirini tənzimləyir, üzvi maddələrin toplanmasına, su və torpağın özünütənzimləməsinə şərait yaradır. Onlar ilkin produsentlər olub, mühiti qida maddələri ilə zənginləşdirir, onurğalı və onurğasız su heyvanları üçün qida mənbəyi rolunu oynayır. Sarkomastiqoforlar həm də ətraf mühitin göstəricilərini, çirklənmə dərəcəsini təyin edən bioindikatorlardır.[2]
İnsan həyatında rolu
Dizenteriya amöbü (Entamoeba histolytica) insan orqanizmində parazitlik edir. Ona mürəkkəb inkişaf tsikli xarakterikdir. Üzərində dizenteriya amöbünün sistası olan ərzağı udaraq insan bu parazitə yoluxur. Bu parazitin əmələ gətirdiyi şiddətli ishal və bol qanaxma ilə müşayiət olunan ağır xəstəlik amöbiaz adlanır. Digər amöblər insanın bağırsaqlarında yaşayaraq bakteriyalarla qidalanır. Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemində 10-a yaxın amöb aşkar edilmişdir.[3]
Azərbaycanda Lobozea, Filosea, Acarpomyxea, Granuloreticulosea, Phaeodarea, Heliozoa siniflərinin nümayəndələri tapılmışdır.
Yarımtipə 8 sinif daxildir:
- Acrasea
- Eumycetozoea
- Plasmodiophorea
- Filosea
- Cranuloreticulosea
- Xenophyophorea
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Həmçinin bax
İstinadlar
- "Протисты: Руководство по зоологии". — СПБ.: Наука, 2007.- Ч.2–1144 с. ISBN978-5-02-026224-9(Ч.2), ISBN 5–026258-7
- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
- Sarkodinlər (Sarkodina)