Sərdarkənd

Sərdarkənd (əvvəlki adı: Sardaraşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Sardaraşen kəndi Sərdarkənd kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sərdarkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Sərdarkənd
39°59′22″ şm. e. 46°45′43″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.004 m
Saat qurşağı
Sərdarkənd xəritədə
Sərdarkənd
Sərdarkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sərdarkənd kəndinin əhalisinin sayı 181 nəfər təşkil edirdi.[2]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.