Saray (Qubadlı)
Saray — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Saray | |
---|---|
39°18′38″ şm. e. 46°38′02″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası
Saray kəndi Bərgüşad çayının sahilindədir. Keçmiş adı İkinci Di ləli, sonralar isə Diləli Saray olmuşdur. Yerli əhalinin məlumatına görə, kənd XIX əsrin sonlarında Saray xanım adlı bir qadına məxsus olduğundan belə adlanmışdır. Lakin tədqiqatçıların fikrincə, yaşayış məntəqəsi saray tayfasının adını daşıyır.[2]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.