Saray-Batu

Saray BatuQızıl Ordanın paytaxtı.

Qızıl Orda xəsritəsi

Tarixi

Batı xana qərb tərəfdən: Karpat, Visla, Neman, şimaldan Volqanın mənbəyi, cənub tərəfdən Qara dənizədəkQafqaz dağlarınadək olan böyük ölkələr tabe idi. Onun imperiyası Qızıl Orda adı aldı. Bu dövlətin mərkəzi Aşağı Volqanın qolu Aktubo üzərində möhkəmləndirilmiş xan düşərgəsi olan Saray idi. Saray Batu həm də Böyük Saray adı ilə məşhur idi. İndiki Həştərxan vilayətinin Xarabalı rayonunda Selitrennoe kəndi onun ərazisindədir. Saray Batu və ya Böyük Saray Qızıl Orda imperiyasının çiçəklənən şəhəri olmuşdur. 1254-cü ildə Böyük Saraya Saray Batu adı verilir. O, Qızıl Ordanın siyasi mərkəzi hesab olunurdu. Xan iqamətgahı da burda yerləşirdi. Batı xan (1255-ci ildə Volqa sahillərində ölmüş və burada da dəfn olunmuşdur) Qızıl Orda dövlətinin banisi olan Çingiz xanın böyük oğlu Cuci xanın oğludur. Batı xan görkəmli sərkərdə, mahir siyasətçi idi. Atasının ölümündən sonra onun ulusu (Cuci Ulusu) Batıya keçdi, Cuci ulusu məhz Batının vaxtında güclənərək Qızıl Orda adlanmağa başladı. Beləkilə imperiyanın iki mərkəzi var idi; dini mərkəz Moskva və daha güclü, idarə mərkəzi Saray idi[1]. Şəhərdə çoxlu saray, məscid, sənətkarlıq emalatxanaları var idi. XIII–XIV əsrlərdə şəhərin zərbxanasında Cuci ulusu xanlarının pulu kəsilirdi, mis sikkələr pul adlanırdı: sikələrin üzərində beləcə "pulo" yazılırdı. XV əsr və XVI əsrin aşlanğıcında Cuci pullarının nümunəsi əsasında Moskva, Tver və digər qədim rus şəhərlərində "pulo" yazısı ilə kəsilirdi.

Əmir Teymurun Qızıl Orda xanı Toxtamışa qarşı yürüşü bir çox Qızıl Ordaşəhərləri kimi Saray şəhərinin də iqtisadi-siyasi həyatını sarsıtsa da, Moskva knyazı III İvanın 1472-ci ildəki hücumu Saray şəhərini tamamilə dağıtdı. Böyük Moskva knyazı III İvan (1440–1505) Vatikanda tərbiyə görən Bizans şahzadəsi Sofya Paleoloqla evləndikdən sonra onun məkrli siyasətinin təsirinə düşür. Məhz III İvanın dövründə tatarlarla düşmən münasibətinin təməli qoyulur. (Qeyd: Axırıncı Bizans imperatoru Konstantin özünün Dmitri və Foma adlı qardaşlarına ayrı-ayrı vilayətlərin hakimliyini tapşırdı. Dmitri öz qızını Sultan Mehmetə verib rahat yaşamağa başladı. Foma ailəsi və əyanları ilə Romaya pənah gətirdi. Xristian təssübkeşi olaraq II Papa Piy onu ləyaqətlə qarşıladı. Fomanın oğulları kefcil olsa da, qızı ağıllı idi. Ona ləyaqətli nişanlı axtaran papanın nəzərləri dul qalmış rus çarı III İvana çevrildi. Onu Bizans şahzadəsinin əlilə türklərə qarşı yaxşıca çevirmək olardı. Gəlin rusa öz cehizlərilə bərabər (cehiz əsasən kitablardan ibarət idi) iki başlı qartal həkk edilmiş Bizans gerbini də gətirmişdi[2]. Dövrü canlandıran mənbələrdə yazır ki, hiyləgər Sofya İvana deyirmiş: Mən hələ çoxmu xanın köləsi olacağam?! Böyük Orda xanı Əhməd xan (1481-ci ildə ölüb) rus flotunun Sarayı qəsbqarət etməsinə cavab olaraq Rus üzərinə yürüş təşkil etmişdi. Türk düşmənliyini öz dövlət siyasətinə çevirən III İvana xoş təsadüf kömək etdi. Onun gözünün odunu alan Axmat xan 1481-ci ildə öz düşməni Aybəklə (bir çox mənbələrdə İbak) döyüşdə öldürüldü. Karl Marksın yazdığı kimi İvan bir tatarı digərinin əli ilə tora saldı.

İstinadlar

  1. Вернадский Григорий. Два подвига св. лександра Невского. Монгольское иго в русской истории – Haш современник, 1992 №3, с. 161
  2. Карамзин Н.М. История Государства Российского, VI.т. с.421–422

Mənbə

  • Пачкалов А. В. О местоположении Сарая (первой столицы Золотой Орды) // Археологія та етнологія Східної Європи. Матеріали і дослідження. Одеса, 2002
  • Пачкалов А. В. О местоположении Старого Сарая — столицы Золотой Орды // XV Всероссийская нумизматическая конференция. Тезисы докладов и сообщений. М., 2009. С. 73–74
  • Пачкалов А. В., Скисов С. Ю. Нумизматические находки на Красноярском городище в Астраханской области // XV Всероссийская нумизматическая конференция. Тезисы докладов и сообщений. М., 2009. С. 75–76.
  • Пачкалов А. В. Монетные дворы Золотой Орды и их локализация // Archivum Eurasiae Medii Aevi. Vol. XIII. Wiesbaden, 2004. С. 131–183
  • Пачкалов А. В. Трансгрессия Каспийского моря и история золотоордынских городов в Северном Прикаспии // Восток — Запад: Диалог культур и цивилизаций Евразии. Вып. 8. Казань, 2007. С. 171–180
  • Васильев Д.В. Исламизация и погребальные обряды в Золотой Орде (статистико-археологическое исследование). Астрахань, ИД "Астраханский университет", 2009

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.