Sarallar

SarallarGürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd.

Sarallar
41°25′48″ şm. e. 44°30′00″ ş. u.
Ölkə  Gürcüstan
Rayon Bolnisi rayonu
Sarallar xəritədə

Tarixi

Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır! Bu gün Qarapapaqlılar Borçalı, Gəncəbasar zonası, Qars, Sulduz əhalisinin əksəriyyəti təşkil edir.

Coğrafi mövqeyi

Sarallar kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 3 km qərbdə, dəniz səviyyəsindən 690 m yüksəklikdə yerləşir.

Əhalisi

1918-ci ildə 115 nəfər, 1926-cı ildə 20 ailədə 155 nəfər, 2002-ci ildə 108 ailədə 501 nəfər, 2006-cı ildə 119 ailədə 503 nəfər.

Maarif

İlk məktəb 1930-da açılıb. Hal-hazırda bir baza məktəbi (2005-də 9 sinifdə 73 şagird) fəaliyyətdədir.

Xarici keçidlər

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.