Sara TV

Sara TV — 16 iyun 1995-ci ildə qurulan Azərbaycanın sayca 4-cü özəl televiziya kanalıdır. Sahibi Rəsul Rauf idi. Kanal Rəsul Raufun qızının adı ilə eyni idi. Telekanalın yayım saatlarını əsasən xəbər, əyləncəli verilişlər, idman verilişləri, filmlər və kliplər[2] təşkil edirdi.[3] Sara TV Salatın Əsgərova küçəsi 85 ünvanında yerləşən binadan yayımlanırdı. Həmçinin, "Radio Sara" radiosu və "Sara Ekspress" qəzeti də Sara TV-yə məxsus idi. Şirkətdə 200 nəfər işləyirdi. 9 oktyabr 1999-cu il tarixində saat 11:30 radələrində məhkəmə qərarı olmadan 70-dək silahlı polis tərəfindən kanala basqın edilmişdi.[4][1] Və nəticədə kanalın yayımı dayandırılmışdı. Yayımının dayandırılmasına səbəb telekanalda yayımlanan "Qarabağı unutmayaq!" kəlməsinin olduğu bildirildi. Kanalın rəhbərinin müsahibəsinə görə, telekanalın bağlanması bu cür olmuşdur: hüquq mühafizə orqanları televiziya binasına gəlmiş; həmin vaxt işçilərdən biri hamilə ikən uşağını itirmiş, biri isə benzin töküb özünü yandırmış; köməyə gələn həkim isə həbs edilərək 8 il azadlıqdan məhrum edilmişdi. Hal-hazırda şirkəti Şimali Kipr Türk Respublikası nda"Sara Media Qrupu" adında fəaliyyət göstərir.[1]

Sara TV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azərbaycan
Dil Azərbaycan dili
Türk dili
Rus dili
Baş qərargah Salatın Əsgərova küçəsi 85, Bakı, Azərbaycan
Yaranma tarixi 16 iyun 1995
Bağlanma tarixi 9 oktyabr 1999 (saat 11:30)[1]
Sahibi Rəsul Rauf
Rəhbərlik Rəsul Rauf
Şüar Sizin TV

Filmoqrafiya

  1. 1995–1999: Sara Xəbər
  2. 1996: Taleyin Qisməti beləymiş
  3. 1996: Görüş-33 (Gülşən Əliyeva)
  4. 1999: Aygün Bu Gün (Aygün Kazımova)
  5. 1999: Kontakt (Anar Yusifoğlu)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.