Sara Aşurbəyli

Aşurbəyli Sara Balabəy qızı (27 yanvar 1906[1], Bakı17 iyul 2001[1], Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986).[2]

Sara Aşurbəyli
Aşurbəyli Sara Balabəy qızı
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Tarix
Elmi dərəcəsi
İş yeri AMEA Tarix İnstitutu
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili
Tanınır Şirvan və orta əsr Bakı tarixinin tədqiqatçısı
Mükafatları
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982 Azərbaycan SSR Dövlət mükafatı  — 1986
"Şöhrət" ordeni  — 1996 "Xalqlar dostluğu" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sara Aşurbəyli uşaqlıqda

Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində, Balabəy Aşurbəylinin ailəsində anadan olmuşdur.[3] Bakının neft sənayeçilərindən olan Balabəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi.[4]

1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.

Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.

O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universiteti nin Fəxri Doktoru adını almışdır.

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat etmişdir.

Sara Aşurbəylinin Bakıda yaşadığı evi

Mükafatları

Əsərləri

Elmi məqalələri

  • Azərbaycan haqqında Моdi bomdeyskiy professor. Yazıçı Jurnalı. V maаrif. 2 səh.
  • Köhnə Bakının memarlıq abidələri. Yaz. "Öyrənilməsi yolu Azərbaycan", № 4, 5, Bakı, 1930. 4 səh.
  • Calal Əsəd. Türkiyə incəsənət (resenziya). Yaz "öyrənilməsi Yolu Azərbaycan", № 5, Bakı, 1930. 1 səh.
  • Bakı tarixindən. Materiallar dekabr (1944) sessiyasında SSRİ Азфан Xəbərləri, № 1, 1945. 2 səh.
  • Azərbaycanın tarixindən Suraxanı atəşgah məbədinin memarlıq Abidələri, т.1, Moskva, 1946. 12 səh.
  • Bakıda XVI–XVIII əsrlərə. Səyyahların təsvirlərə görə азерб.сср EA Xəbərləri, № 1, Bakı, 1947. 10 səh.
  • Bakı Buxtasında (XIII o) "sualtı qalası". VII, s. tarix və fəlsəfə İnstitutunun əsərləri, Bakı, 1955. 13 səh.
  • Qədim dövr və orta əsrlər dövrünün Azərbaycan heykəltəraşlıq Əsərləri Azərbaycan tarixi Muzeyinin, т.1, Bakı, 1956. 46 səh.
  • Azərbaycanın (həmmüəllifi) tarixi abidələri Azərbaycan tarixi Muzeyi, Bakı, 1956. 150 səh.
  • Azərbaycanın sənətkarlıq və ticarət şəhərləri ilkin orta əsrlərdə . Əsərləri Azərbaycan tarixi Muzeyinin, c.2, Bakı, 1957. 17 səh.
  • Azərbaycanın (həmmüəllifi) tarixi abidələri Azərbaycan tarixi Muzeyi, Bakı, 1958. 148 səh.
  • Çinlə orta əsrlər dövründə Azərbaycanın iqtisadi və mədəni əlaqələri mövzusunda Birinci Ümumittifaq şərqşünaslar. Məruzə və məlumatların tezisləri. Daşkənd, 1957. 2 səh.
  • Çinlə ilk Ümumittifaq konfransının Materialları bakı şəhərində şərqşünasların orta əsrlər dövründə Azərbaycanın iqtisadi və mədəni əlaqələri. Daşkənddə, Daşkənd, 1958. 5 səh.
  • Orta əsrlərdə Çin ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələri barədə bəzi məlumatlar Sovet çinşünaslıq, № 2, Moskva, 1958. 6 səh.
  • Azərbaycan SSR EA Məruzələri, t. Bakı şəhər adları haqqında XIV əsr, № 9, Bakı, 1958. 6 səh.
  • Əbd Ər-Rəşid Bakuvi XV –ci əsr azərbaycanlı alim-coğrafiyaşünas. EA-nın xəbərləri. SSR, № 5, Bakı, 1958. 8 səh.
  • XVI əsr Azərbaycan incəsənətinə dair bəzi materiallar. Şərqşunaslıq institutu – xəbərlər c.1 Bakı, 1959. səh. 38.
  • Səyahət-namə Evliyə Çələbi mənbəyi kimi XVII əsrin birinci yarısında Azərbaycan şəhərlərinin sosial-iqtisadi və siyasi həyatının öyrənilməsi üzrə ,SSRİ nümayəndə heyətinin məruzələri, şərqşünasların XXV ci beynəlxalq konqresi, Moskva, 1960. 12 səh.

Filmoqrafiya

İstinadlar

  1. Sara Aşurbəyli // AlKindi.
  2. "Sara Aşurbəyli - Azərbaycan tarixşünaslığında əbədi yaşayan tədqiqatçı alim". https://azerbaijan-news.az. 1970-01-01. İstifadə tarixi: 2024-01-27.
  3. Qasımov, Xeyirbəy. "Vətən tarixinin görkəmli tədqiqatçısı". Azərbaycan qəzeti. 6 fevral 2016. səh. 7.
  4. "Sara Aşurbəyli: Bakı milyonçusunun "Quran" oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO". Oxu.Az. 2020-02-14. 2024-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
  5. Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekаbr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-07-15 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.