Sarıyar

Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.[2]

kənd
Sarıyar
41°12′ şm. e. 44°21′ ş. u.
Ölkə  Ermənistan
Region [[Loru mahalı]]
Rayon [[Vorontsovka rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.700 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 85 nəf. (2011)[1]
Rəsmi dili
Sarıyar xəritədə
Sarıyar
Sarıyar

Tarixi

Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir[3].

Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur.

Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar[4] birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir.

Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidenitinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Apavan qoyulmuşdur.

Əhalisi

Kənddə 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 92 nəfər, 1904 - cü ildə 105 nəfər, 1914 - cü ildə 97 nəfər azərbaycanlı yaşamışdır[5].

1916-1918-ci illərdə kəndin sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 181 nəfər azərbaycanlı yaşamışdır[5].

1988-ci ilə kimi kənddə yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin sonlarında Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər məskunlaşıb.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.51
  4. Древнетюркский словарь, Л., «Наука», 1969. s.238
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.80-81, 150-151
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.