Sarıqamış (Samux)

SarıqamışAzərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Sarıqamış kəndi Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıqamış kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Sarıqamış
40°49′33″ şm. e. 46°20′12″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Sarıqamış xəritədə
Sarıqamış
Sarıqamış

Toponimikası

Yerli əhalinin bir qismi Mingəçevir SES-nin tikintisi ilə əlaqədar keçmiş Samux rayonunun Köbər kəndindən köçüb gələnlərdən ibarət olduğu üçün kənd bəzən qeyri-rəsmi olaraq Köbərlilər də adla­nır. Kənd sarı qamış bitən ərazidə salındı­ğından belə adlandırılmışdır. Ukraynanın Zaparojye şəhərinin adı da 1770-ci ilə qədər Sarıqamış olmuşdur.[2]

Coğrafiyası və iqlimi

Kənd Qoşqarçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

Əhalisinin sayı 634 nəfərdir[3].

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. Sarıqamış (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.