Sarımsaq turşusu

Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir.

Qəzvin bazarında satılan sarımsaq turşusu

Lazım olan ərzaqlar

1 litrlik banka üçün

  • 10 baş sarımsaq (təxminən yarım kilo)
  • 4 ədəd dəfnə yarpağı
  • 4 ədəd mixək
  • 5-6 ədəd yumru qara istiot
  • 2 xörək qaşığı iri duz
  • Təxminən 2 stəkan üzüm sirkəsi

Hazırlanma qaydası

Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.

Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.

Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.[1]

İstinadlar

  1. "Az Cookbook". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.