Sarıköynək (Gədəbəy)

SarıköynəkAzərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Sarıköynək kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Sarıköynək
40°33′ şm. e. 45°43′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Sarıköynək xəritədə
Sarıköynək
Sarıköynək

Toponimikası

Kəndin keçmiş adı Əliyli (Əlikli) olmuşdur. Yaşayış məntəqəsi Şəmkir rayonundan köçmüş ayıblı və mirismayıllı, Kəlbəcər rayonundan gəlmiş zalılar (zallar) adlı nəsillərə mənsub ailələr tərəfindən Əlikli təpəsinin (Şehtəpəsi də adlanır) yaxınlığında salınmışdır. Yerli məlumata görə, kəndə Sarıköynək adını xalq sənətkarı Aşıq Ələsgər vermiş, sonralar bu ad rəsmiləşdirilmişdir. Sarıköynək sarı rəngli quşun adıdır.[2]

Coğrafiyası və iqlimi

Kənd orta dağlıq ərazidə yerləşir.

Əhalisi

2009-cu il]]in siyahıyaalınmasına əsasən kənddə 441 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.