Sarıdərə dağı
Sarıdərə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3753,8 m). Zəngəzur silsiləsinin suayrıcısında, Ayçınqıl (3797,0 m) və Azərməsçid (3474,7 m) aşırımlarının arasında zirvə. Vənəndçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, monsodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş, konusvari və sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.[1]
Sarıdərə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3753,8 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.