Sarı torpaqlar

Sarı torpaqlar — gilli şistlər üzərində formalaşmış torpaq tipi. Azərbaycanda Lənkəran rayonunun düzən və dağətəyi hissəsində yayılmışdır.

Torpaqəmələgətirən süxurlar

Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisium miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır.[1]

Morfoloji əlamətləri

Torpaq horizontunun ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm-ə qədərdir. A0 – meşə döşənəyi (3-4 sm), A1 – humus horizontu, A2 – podzollaşmış, qonur-sarımtıl rəngdə, gillicəli, B – illüvial horizont, açıq sarı, topavari, prizmavari strukturlu, gillicəli, C-müxtəlif rəngli torpaqəmələgətirən süxurlar. Bu torpaqlar azotludur və bəzi kül elementləri ilə zəif təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir.

Yarımtipləri

  1. sarı torpaqlar
  2. podzollu sarı torpaqlar
  3. sarı-qleyli torpaqlar
  4. podzollu-sarı-qleyli torpaqlar

İstinadlar

  1. Quliyev İ.Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.