Sarı nelufər

Sarı nelufər (lat. Nuphar lutea)[1] - nelufər cinsinə aid bitki növü.[2]

Sarı nelufər
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
???:
Sarı nelufər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  503968
NCBI  77113
EOL  486680

Nuphar luteum (L.) Smith - Sarı nelufər (Dırmaşan, sarı suzanbağı)

Botaniki xarakteristikası:

Çoxillik su bitkisidir. Sürünən, möhkəm, çoxsaylı ağ qaytanabənzər köklərdən ibarətdir. Kökləri silindrik, bir və ya bir neçə yan şaxələnən köklərə malik, uzunluğu 1-1,5 m (bəzən 3-4m), eni isə 13sm, xaricdən sarı-yaşıl, daxili ağ, tünd rombabənzər-dairəvi dişlidir. Zirvədə yerləşən yarpaq və çiçəklərin saplaqları möhkəmdir. Yarpaqları iki tiplidir: üzən-sıx, zəif dərili, yumurtayabənzər-ellipsvari, uzunluğu 15-17 sm dairəvikənarlı, əsası dərin oyuqlu, nazik və büküşlüdür. Çiçəkləri sarı, tək, uzun qaytanabənzər olub, suyun üzərinə sərilərək şarabənzər görünməklə, diametri 4-5 sm olur. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Toxumla və vegetativ yolla çoxalır.[3]

Yavaş axan sularda, göllərdə, köhnə nohurlarda, sakit axan çaylarda, dərinliyi 0,5–1 m və hətta 3–5 m olan sularda, körfəz və sahillərdə rast gəlinir.[3]

Xammal kimi köklərini may-oktyabr aylarında, çiçək və meyvələri toplanılır. Dərin olmayan sututarlarda köklərini iti bıçaqla kəsmək tövsiyə olunur. Kəsilmiş orqanlar tezliklə pöhrələyirlər.[3]

Köklərində çoxlu rütubət olduğundan əvvəlcə təbii qurutmaya (hava-günəş) üstünlük (10-15 gün) verilməlidir. Xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 2-3 sm qalınlığında 60ОС temperaturda, quruducu şkafda 3 gün ərzində qurudulmalıdır.[3]

Zəhərli olduğundan dadı təyin olunmayandır(!).[3]

Xammal B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.[3]

Tərkibi və təsiri:

Köklərində 0,3-0,8% xinolizidin sırası alkaloidləri, nuftein, tiobinufaridin, neotiobinufaridin, nufarin, nişasta (20%), steroidlərdən – sitosterin, stiqmasterin, sitosterin qlükozidi, sitoterinin palmitin efiri, askorbin turşusu, karotinoidlər, aşı maddələri (2,3%), ali yağ turşuları – palmitin və araxin  vardır.[3]

Trixomonad əleyhinə dərmandır.[3]

Yabanı çoxillik ot bitkisi sarı suzanbağı otunun kəsilmiş və qurudulmuş kökləri keyfiyyətli mikrobəleyhinə, göbələkəleyhinə dərmandır.

Kökündən trixomonad kolpit xəstəliyində müvəffəqiyyətlə işlədilən lyuternurin adlı preparat hazırlanır.[3]

Sinonim

    • Nelumbo nucifera subsp. lutea (Willd.) Borsch & Barthlott
    • Nelumbo nucifera var. lutea (Willd.) Kuntze
  • Nymphaea lutea L.[4]

Yarımnövləri

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. Sarı nelufər:''The Plant List saytında takson barədə məlumat. (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.