Ağacşəkilli xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Ağacşəkilli xostək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Faboideae Triba: Hedysareae Cins: Növ: Ağacşəkilli xostək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir.
Botaniki təsviri
Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır. Yarpaqaltıqları şişkin və ucu bizvaridir. Çiçəkləri tək-tək və ya cüt-cüt yerləşir. Çiçəktacı sarı, 5 ləçəkli, 16–20 mm uzunluğunda, kəpənək-varidir. Yumurtalığı çılpaq və ya tükcüklüdür. Çiçəkyanlığı qıf formasındadır. Kasacığı zəngvari, tükcüklü, enli, qısa dilimlidir. Paxla meyvəsi xətvari-silindrik olmaqla, 3-6 sm uzunluğunda, 3–5 mm enindədir. Hər paxlada 5-8 ədəd qonur rəngli toxum yerləşir. 3-5 yaşından başlayaraq toxum verir və toxumları 4-5 il cücərmə qabiliyyətini saxlayır. 1000 ədəd toxumun çəkisi 25-44 qramdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyun və iyul aylarında yetişir. Paxlaları yetişənə yaxın yığılır və kölgəli yerdə qurudularaq toxumları təmizlənir. Toxumları yığıldıqdan sonra payızda, yaxud bir ay stratifikasiya edildikdən sonra yazda səpilir. Toxumla asan çoxalır, həmçinin kökündən pöhrə verir.
Ekologiyası
Bitmə şəraitinə az tələbkar, tezböyüyən, quraqlığadavamlı, işıqsevən bitkidir.
Azərbaycanda yayılması
Böyük Qafqazda, Abşeronda, Kür-Araz ovalığında təsadüf edilir.
İstifadəsi
Təsərrüfat üçün qiymətli olub, yarpaqlarından göy rəng alınır və tərkibində 285-400 mq C vitamini vardır. Ballı bitkidir, çiçəyi 1-4 mq nektar verir. Bunun tərkibində 18%-ə qədər şəkər vardır. 1 hektar sahədən 350 kq-a qədər bal almaq mümkündür.
Sinonimləri
- Aspalathus arborescens Amman
- Caragana inermis Moench
- Caragana sibirica Medik.
- Robinia altagana Pall.
- Robinia caragana L.[1]
İstinadlar
- Ağacşəkilli xostək:''The Plant List saytında takson barədə məlumat. (ing.)