Sarı Mustafa Paşa
Sarı Mustafa Paşa (ö. 1732) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Sarı Mustafa Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Dəli Hüseyn Paşa |
Həyat yoldaşı | Saliha Sultan |
Uşaqları |
Sultanzadə Əhməd bəy Fatma xanım Sultan Xədicə xanım Sultan Ayşə xanım Sultan Əminə xanım Sultan |
Atası IV Mehmed dönəminin sədrəzəmlərindən Dəli Hüseyn Paşa idi. Atasının 1659-cu ildə edamından sonra saraya alındı və Əndərunda yetişdirildi. Burada yüksələrək qapıçılar kəndxudası oldu və 25 noyabr 1725-ci ildə vəzirlik rütbəsilə Sivas və İrəvan bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 21 oktyabr 1727-ci ildə Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. Bu səbəblə paytaxta çağırıldı və cütlüyün toy mərasimi 1728-ci ilin mayında baş tutdu. 1732-ci ildə İstanbulda vəfat etmişdir.
Saliha Sultanla olan nigahından 1 oğlu, 4 qızı dünyaya gəlmişdir:
- Sultanzadə Əhməd bəy (ö. 17 yanvar 1733) - uşaq yaşlarında vəfat etmişdir.
- Fatma xanım Sultan - 1748-ci ilin aprelində atalığı Yəhya Paşanın qardaşı İbrahim bəylə evləndirilmişdir.
- Xədicə xanım Sultan - Bığlı Mehmed Paşa və Fatma xanım Sultanın oğlu Səid Mehmed bəylə evlənmiş, Seyid Xəlil bəy (ö. 6 aprel 1782) adlı oğlu dünyaya gəlmişdir.
- Ayşə xanım Sultan (ö. 1753) - Əyyubsultanda dəfn olunduğu bilinir.
- Əminə xanım Sultan (ö. 12 may 1823) - 1750-ci ildə İsmayıl Zühdü Paşa ilə evləndiyi, Əyyubsultanda dəfn olunduğu bilinir.
Mənbə
- Sicill-i Osmani IV cild, səh. 179
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.