Sarı Ələkbər

Sarı Ələkbər (tam adı: Sarı İmamqulu oğlu Ələkbər; 1 iyul 1885, Yelizavetpol6 noyabr 1938, Qars, Qars ili) — Gəncə üsyanının təşkilatçılarından. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri.

Sarı Ələkbər
Doğum tarixi 1 iyul 1885(1885-07-01)
Doğum yeri
Vəfat tarixi 6 noyabr 1938(1938-11-06) (53 yaşında)
Vəfat yeri
Uşağı İsmayıl Sarıyal
Partiyası

Həyatı

Sarı Ələkbər 1874-cü il 1 iyul tarixində Gəncədəki Xəlfəli məhəlləsidə anadan olmuşdur. Azərbaycanın yaxın tarixində öz izi olan şəxsiyyətlərdən olan S. Ələkbər 1905-ci il azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından "Difai" milli təşkilatının üzvü olmuş, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstələrindən birinə başçılıq etmişdir.

Ailəsi

Cəvahir xanımla ailə qurmuş S. Ələkbərin Qulu, İsmayıl adlı iki oğlu Briliant adlı qızı olmuşdur. Qızı Birilant Əsədulla Ağüzümün oğlu Lətif Ağüzümlə evlənmişdir.[1] 1946-cı ildə anadan olmuş Başxanım 1931-ci ildə sürgün olunmuşdur.

AXC dövründə fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri olmuş, daha sonra polis idarəsi rəisinin müavini işləmişdir. Gəncə üsyanının başçılarından biri Cahangir bəy Kazımbəy xatirələrində 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Balabağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə üsyana başlamaq haqqında razılığa goldiklərini qeyd etmişdir. Üsyan zamanı qəhrəmanlıqlar göstərən San Ələkbər 11-ci Qırmızı ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak etmişdir. 1952-ci ildə Parisdə nəşr olunan "Azərbaycan" jurnalının ikinci sayında Ceyhun bəy Hacıbəyli Gəncə üsyanının qəhrəmanları sırasında Sarı Ələkbərin də adını çəkmişdir.

Gəncə üsyanının təşkilatçılarından biridir[2].

Mühacirliyi

Gəncə üsyanı amansızcasına yatırıldıqdan sonra Sarı Ələkbərin qardaşları və yaxın qohumları istintaqsız-məhkəməsiz güllələnmiş, özü isə böyük çətinliklərlə Trabzona qaça bilmişdir. Oğlanları Qulu, İsmayıl, qızı Brilyant Qazaxıstana sürgün edilmiş, lakin Sarı Ələkbərin silahdaşları onları 1924-cü ildə gizli yolla Trabzona keçirə bilmişlər. Gəncədə sovet hakimiyyəti qurularkən Sarı Ələkbərin bütün əmlakı müsadirə olunmuşdur.[1]

Haqqında

Dr. Fəthi Tevetoğlu "Mənim gördüyüm bugünkü Rusiya" adlı kitabında Müzəffər Tuğsavul paşadan və bir neçə başqa azərbaycanlıdan Sarı Ələkbər haqqında eşitdiyi xatirəni qeyd edib. O kitabında yazır:

" Mürsəl Bakı Paşa komandanlığındakı türk ordusu Bakını almaq üzrə irəliləyərkən Gəncədə bir könüllü alayı qurulmuş, türk silahlı qüvvətlərinə qatılmış. Bu könüllü alayın başında böyük mücahid gəncəli Sarı Ələkbər bəy idi. Trabzon liseyindəki qardaşımız İsmayıl Sarıyalçının atası olan bu qəhrəman azəri-türk övladı 41 dərəcə atəşlə xəstələnir və Bakıya girmədən yolda buraxılmaq, Gəncəyə geri göndərilmək istənilir. “Mən bu mücadilədə ölməyə gəldim, dönməyə gəlmədim!” deyən bu gəncəli türk övladının alovu və ruhuyla Gəncədən Bakıya gəlinir və şəhərə girilir[3]. "

Ədəbiyyat

  • Hacıbəy li C, Gəncə üsyanı, Azərbaycan jurnalı, Paris, 1952, № 2.
  • Bayramov X., Sarı Ələkbər, "Gəncəbasar" qəzeti, 1993, 23 fevral.

İstinadlar

  1. Sarı Ələkbər // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 331. ISBN 9952-417-44-4.
  2. Sevda İsmayıllı. "1920-ci il Gəncə üsyanının gizlinləri" (az.). Azadlıq Radiosu. May 27, 2013. September 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2022.
  3. Fethi Tevetoğlu. Benim Gördüğüm Bugünkü Rusya. Ankara: Komünizmle Mücadele Yayınları. 1968. səh. 156-157. Archived from the original on 2022-10-19. İstifadə tarixi: 2022-10-19.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.