Saparmurat Niyazov
Saparmurat Atayeviç Niyazov (türkm. Saparmyrat Ataýewiç Türkmenbaşy Nyýazow; 19 fevral 1940[1][2][…], Qıpçaq[d], Türkmənistan SSR, SSRİ[3][4][…] – 21 dekabr 2006[5][6][…], Aşqabad[7]) — 1991–2006-cı illərdə Türkmənistan Respublikasının 1-ci Prezidenti.
Saparmurat Niyazov | |
---|---|
türkm. Saparmyrat Ataýewiç Nyýazow | |
| |
2 noyabr 1990 – 21 dekabr 2006 | |
Sonrakı | Qurbanqulu Berdıməhəmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1940[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 dekabr 2006[5][6][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, avtobioqraf[d] |
Dini | sünnilik, islam |
Hərbi xidmət | |
Qoşun növü | Türkmənistan Silahlı Qüvvələri |
Rəhbərlik edib | |
Rütbəsi | generalisimus, ali baş komandan[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Saparmurat Niyazov 1940-cı ildə fəhlə ailəsində anadan olub. Atası İkinci dünya müharibəsində vəfat edib. Ailəsinin digər üzvləri 1948-ci ildə Aşqabadda baş verən zəlzələ nəticəsində dünyalarını dəyişiblər. S. Niyazov əvvəlcə uşaq evində, sonra isə uzaq qohumlarının evində böyüyüb.
Leninqrad Texniki Universitetini bitirərək energetika mühəndisi ixtisasını alıb. Bundan sonra Aşqabad yaxınlığındakı Yığıncağanın energetika təsisatlarında çalışıb. Daha sonra Kommunist Partiyasına üzv olub. 1985-ci ildə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 13 yanvar 1990-cı ildə Türkmənistanın ali qanunverici orqanı olan Ali Sovetinin Sədri seçilib.
Prezidentlik dövrü
1990-cı il oktyabr ayının 27-də keçirilən seçkilərdə Türkmənistan Sovet Sosialist Respublikasının ilk prezidenti seçilib. 1991-ci il oktyabrın 27-də Türkmənistan Sovet İttifaqından çıxdığını bəyan edəndən sonra prezident vəzifəsinin icrasını davam etdirib. 1992-ci il iyun ayının 21-də yeni konstitusiyanın qəbul olunması və yeni prezident seçilməsi məqasədilə keçirilən səsvermədə ölkə əhalisinin 99,9%-nin səsini alıb. 1993-cü il oktyabr ayının 22-də özünü Türkmənbaşı elan edib. Ömrünün sonunacan soyad kimi istifadə etdiyi bu tituluna uyğun olaraq Türkmənistanın Krasnovodsk şəhərinin adını dəyişdirib Türkmənbaşı qoyub. Bununla bərabər yanvar ayının adını da "Türkmənbaşı" olaraq dəyişdirib.
Saparmurat Türkmənbaşı Türkmənistanın yeni milli şəxsiyyətə ehtiyacı olduğuna inanırdı. Bu şəxsiyyət qismində o məhz özünü görürdü və özünü türkmənlərin Atatürkü hesab edirdi. Elə "Türkmənbaşı" adını da "Atatürk"ün türkmən qarşılığı olaraq saymaq olar. Saparmurat Türkmənbaşının böyük portretləri onun sağlığında Türkmənistanın hər yerini bəzəyirdi. Bir çox şəhərdə onun özünə və anasına saysız-hesabsız heykəl qoyulmuşdu.
Türkmənistanın "ömürlük prezidenti" elan edilən Türkmənbaşı ilin aylarının və həftənin günlərinin adlarını da dəyişdirmişdi. Yanvar ayına o öz adını (Türkmənbaşı), aprel ayına isə anasının adını vermişdi. Beləliklə Türkmənistanda bu günün özündə aylar belə adlanar: Türkmənbaşı (yanvar), Bayraq (fevral), Novruz (mart), Qurbansultan (aprel), Məxdumqulu (may), Oğuz (iyun), Qorqudata (iyul), Alparslan (avqust), Ruhnamə (sentyabr), Qaraşsızlıq (oktyabr), Sultansəncər (noyabr), Bitaraflıq (dekabr).
Həftənin günlərinin adları isə bu cürdür: Başgün (bazar ertəsi), Yaşgün (çərşənbə axşamı), Xoşgün (çərşənbə), Soğapgün (cümə axşamı), Ana (cümə), Ruhgün (şənbə), Dinçgün (bazar).
Türkmənbaşı küçələrə, fermalara, at ilxılarına, dünyadakı ən uzun kanala, bir şəhərə, gəmilərə, hətta Aydakı bir kraterə də öz adını vermişdi. Onun şəkilləri araq və konyak şüşələrinin, müxtəlif qida məhsullarının etketlərini bəzəyirdi. Kəlamları ölkənin bütün künc-bucağına həkk edilmişdi. Ölkənin ən yüksək zirvəsinə Türkmənbaşının adı verilmişdi. Qiymətli daşları çox sevən Türkmənbaşı taxdığı iri qaşlı üzüklərlə, qalstukunun qiymətli daşlarla bəzədilmiş sancaqları ilə nəzərləri cəlb edirdi. Bununla bərabər o, ölkəsində vətəndaşların qızıl diş qoymalarını qadağan etmişdi. Müxtəlif mərasimlərdə incəsənət işçilərinə və tələbələrə marka paylayan Türkmənbaşı Aşqabadın mərkəzindəki Puşkin adına teatrı uçuraraq yerində türk aşıqı Qaracaoğlanın heykəlini ucaltmışdı. Niyazovun anadan olduğu Qıpçaq kəndində tikdirdiyi məscid Orta Asiyada ən böyük məsciddir. O, bu məscidə anası Qurbansultanın adını vermişdir.
Ruhnamə – "müqəddəs kitab"… Saparmurat Türkmənbaşının qələmə aldığı "Ruhnamə" kitabı 2001-ci ildə işıq üzü görüb. "Ruhnamə" həmin il Türkmənistanın müstəqillik günü münasibətilə xalqa paylanıldı.
Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə malikdir. Türkmənbaşı xalqa su, təbii qaz və elektrik enerjisinin pulsuz paylanılmasını təmin etmişdi. Ancaq buna baxmayaraq onun prezidentliyi dövründə türkmən xalqının həyat şəraiti ağır olaraq qalırdı.
Türkmənbaşı rəsmi açıqlamaya görə 21 dekabr 2006-cı ildə, yerli vaxtla saat 01:10-da infarktdan dünyasını dəyişib.
İstinadlar
- http://www.telegraph.co.uk/news/obituaries/1537565/Saparmurat-Niyazov.html.
- http://www.imdb.com/name/nm2241304/.
- http://mondediplo.com/2015/02/11bouyguestan.
- http://www.humanities360.com/index.php/view-article/5da1bafd_a07b_47ab_ab51_1a46e2bcbd57/.
- http://news.bbc.co.uk/1/hi/world/asia-pacific/6198983.stm.
- http://lifeinlegacy.com/Display.aspx?weekof=2006-12-23.
- The Art of the Impossible: Political Symbolism, and the Creation of National Identity and Collective Memory in Post-Soviet Turkmenistan.