Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə.
Santa Maria del Fiore | |
---|---|
it. Santa Maria del Fiore | |
43°46′23″ şm. e. 11°15′25″ ş. u. | |
Ölkə | İtaliya |
Şəhər | Florensiya |
Yerləşir | Toskana |
Aidiyyatı | Roma-Katolik kilsəsinin Florensiya arxiyeparxiyası |
Layihə müəllifi |
Filippo Brunelleski Cotto |
Memar |
Arnolfo di Kambio Françesko Talenti Covanni di Lapo Qini |
Tikilmə tarixi | 1296—1436 |
Üslubu | İtaliya qotik memarlığı və intibah memarlığı |
Hündürlüyü | 114,5 m |
Uzunluğu | 153 metr (502 ft) |
Eni | 90 m |
Sahəsi |
|
Material | mərmər, kərpic |
Vəziyyəti | stabil |
Rəsmi sayt | duomofirenze.it |
Rəsmi adı: Historic Centre of Florence | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1982 |
İstinad nöm. | 174 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı.
Memarlıq
Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir. Kafedralın planı xaç şəklindədir, xaçın qollarının kəsişmə nöqtəsində isə qübbə yerləşir.
Zəng qülləsi isə 1331–1355 illərində tikilmişdir və 84,7 m yüksəkliyindədir. Kafedralı bugünkü görünüşünə Filippo Brunelleski qovuşdurmuşdur. Onun 1420–1436-cı illərdə tikdirdiyi qübbə İntibah dövrünün ilk memarlıq nümunələrindən biri sayılır. Qübbə 42 m genişliyində və 103 m hündürlüyündədir.