Santa-Klaus

Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa KlausMilad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj.[2] Onun bunları Şimal Qütbündəki atelyedə oyuncaqlar istehsal edən Milad elflərinin və uçan kirşəli maralların köməyi ilə yerinə yetirdiyi deyilir.[3][4]

Santa-Klaus
ing. Santa Claus
Yaradan Şəhər folkoru
Canlandıran Kevin Hart[1]
Məlumat
Növü insan
Cinsi kişi
Peşə Milad hədiyyələri bağışlamaq
Tanınmış digəri Şaxta Baba

Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır. Milad Babanın İngilis fiquru Müqəddəs Nikolayı, Alman Belsnikel və Hollandiyanın Sinterklaas fiqurunu əhatə edir. Santa Klaus, adətən, ağ xəz yaxalığı və manşetləri olan qırmızı palto, ağ xəz manşetləri olan qırmızı şalvar, ağ xəzlə işlənmiş qırmızı papaq, qara dəri kəmər və çəkmə geyinən, uşaqlar üçün hədiyyələrlə dolu kisə daşıyan iri, şən, eynəkli, ağ saqqallı bir kişidir. Milad ədəbiyyatında "ho, ho, ho!" kimi ifadə olunan dərin, ürəkaçan bir gülüşə malikdir.

Bu imajı 19-cu əsrdə Şimali Amerikada yaranıb və mahnılar, radio, televiziya, uşaq kitabları, ailədə Milad ənənələri, filmlər və reklamlar vasitəsilə əbədiləşdirilib və gücləndirilib.

İstinadlar

  1. Kit B. Kevin Hart in Talks to Play Santa Claus in Disney's 'Dashing Through the Snow' (Exclusive) (ing.). // The Hollywood Reporter / J. Min LA: Penske Media Corporation, 2016. ISSN 0018-3660
  2. "Santa Claus: History, Legend, & Facts". Encyclopedia Britannica (ingilis). 25 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-10.
  3. B. K. Swartz, Jr.; The Origin of American Christmas Myth and Customs Arxivləşdirilib 30 aprel 2011 at the Wayback Machine; Retrieved 22 December 2007
  4. Jeff Westover; The Legendary Role of Reindeer in Christmas Arxivləşdirilib 3 avqust 2012 at the Wayback Machine; Retrieved 22 December 2007

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.